Mühasib (xidmət sahəsi üzrə)
SamiramisAccountant job in Baku
Salary: from 1,500 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 19, 2026
- Views
- 649
- Applications
- 43
- Apply before
- December 19, 2026
- Category
- Accounting & Audit
About this job
Samiramis is hiring an accountant in Baku. Full-time, salary 1,500 AZN. Apply directly to the employer.
İşəgötürən: Ticarət mərkəzi/“SAMİRAMİS” şəxsi firması
Vəzifələr:
- Mühasibat və vergi uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət haqqlarinın hesablanması;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Vergi, DSMF, Statistika idarəsinə bütün hesabatların müvafiq proqramlarda hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara onlayn təqdim edilməsi;
- E-Qaimə Faktura, və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
- Bank, Kassa, Satış, Əmək haqqı, avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;
Tələblər:
- 30-50 yaş aralığında olan namizədlər;
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Mühasibat hesablaşmaları
- Vergi və Əmək məcəllələrini yüksək səviyyədə bilməli
- 1.C8.2 Proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- İş təcrübəsi: müvafiq vəzifədə 5 ildən yuxarı
- Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
- Məsuliyyətli, stressədavamlı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, şənbə və bazar günləri istirahət günləridir.
- Müəssisə Kiçik sahibkarlıq subyekti meyarlarına daxildir (İllik dövriyyəsi böyük deyildir)
Qeyd: İş yeri mərkəzdə - Sahil metrosunun yaxınlığında yerləşir
Əmək haqqı başlanğıc 1500 Azn
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.