Skip to content
GoJob

Baş mühasib

KristalAccountant job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Full time
Posted
August 27, 2026
Apply before
September 26, 2026

Finance & Banking jobs in Baku

About this job

Kristal is hiring an accountant in Baku (Nasimi district). Full-time. Apply directly to the employer.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək;
  • Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlayıb təqdim etmək;
  • Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
  • Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək.

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (istehsal sahəsində təcrübəyə üstünlük verilir);
  • Aksizli malların uçotu, aksiz bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi sahəsində yüksək səviyyədə praktiki təcrübə (mütləqdir);
  • Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), aksiz vergisi, əmlak vergisi və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək səviyyədə praktiki biliklər;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi, xüsusilə aksizli malların vergitutma qaydaları, vergitutma obyekti, vergi dərəcələri və vergi güzəştləri üzrə dərin biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar;
  • 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
  • Elektron dövlət informasiya sistemləri və portalları ilə işləmək bacarığı;
  • Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları;
  • Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları;
  • Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
  • Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.

İş barədə məlumat

  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
  • İş yeri: Hüseynbala Əliyev 32/24
  • İş vaxtı: 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Baş mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

More jobs at Kristal

Jobs at Kristal