Aparıcı mühasib
Accounting.AzAccountant job in Baku
Salary: from 1,750 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Volunteer
- Posted
- October 13, 2026
- Apply before
- November 12, 2026
- Category
- Finance & Banking
About this job
Accounting.Az is hiring an accountant in Baku. Volunteer, salary 1,750 AZN. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq gündəlik mühasibat və vergi əməliyyatlarının idarə edilməsi;
- ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi bəyannamələrinin hazırlanması;
- Mühasibat əməliyyatlarının müvafiq proqram təminatında vaxtında və düzgün əks etdirilməsi;
- Əməkhaqqı, DSMF və digər məcburi ödənişlərin hesablanması;
- Vergi və mühasibat məsələləri üzrə tapşırıqların vaxtında və dəqiq icra edilməsi.
Namizədə tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3+ il iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
- ƏDV, mənfəət vergisi, DSMF və əməkhaqqı hesablamaları üzrə praktiki təcrübə;
- 1C və MS Excel proqramlarında praktiki işləmək bacarığı;
- PMS sertifikatının olması;
- ACCA F3, F7 sertifikatının olması;
- İngilis və ya rus dillərindən ən azı birini yüksək səviyyədə bilmək;
- Konsaltinq sahəsində iş təcrübəsi üstünlükdür.
Biz nə təklif edirik?
- Pozitiv və dəstəkləyici iş mühiti;
- İş qrafiki: bazar ertəsi–cümə, saat 08:30–17:30;
- Həftədə bir dəfə evdən işləmək imkanı;
- Gross 1 750 – 2 500 AZN əməkhaqqı;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Könüllü tibbi sığorta;
- Kritik xəstəliklərdən və ölüm hallarından sığorta;
- Push30 abunəliyi;
- Peşəkar təlimlərdə iştirak və inkişaf imkanları.
Qeyd: Aparıcı mühasib vəzifəsi üzrə tələb olunan təcrübə və kvalifikasiyalara tam uyğun gəlməyən, lakin Mühasib (Mühasibat və Vergi üzrə mütəxəssis) kimi komandamıza qoşulmaq istəyən namizədlər də müraciət edə bilərlər. Bu namizədlər bilik və təcrübə səviyyələrinə uyğun olaraq fərqli vəzifə və əmək şərtləri üzrə dəyərləndiriləcəklər.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.