Skip to content
GoJob

Müştəri dəstəyi və təhlükəsizlik mütəxəssisi

PEAKPIN MMCCustomer service specialist job in Baku

Salary: from 700 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 1, 2026
Apply before
October 31, 2026
Category
Sales

Sales jobs in Baku

About this job

PEAKPIN MMC is hiring a customer service specialist in Baku. Full-time, salary 700 AZN. Apply directly to the employer.

PEAKPİN MMC — PeakPin mobil tətbiqinin sahibidir. PeakPin yaxınlıqdakı insanları, məkanları, kampaniyaları və tədbirləri xəritədə göstərən geolokasiya platformasıdır. Komandamıza istifadəçilərimizə və tərəfdaş məkanlarımıza peşəkar dəstək göstərəcək, platformada təhlükəsiz və keyfiyyətli mühiti qoruyacaq Müştəri dəstəyi və təhlükəsizlik mütəxəssisləri axtarırıq.

Qeyd - Xanım namizədlərin CV-lərinə baxılır

Vəzifə öhdəlikləri:

  • İstifadəçi və məkan müraciətlərini (tətbiqdaxili, e-poçt və telefon vasitəsilə) operativ, nəzakətli və dəqiq cavablandırmaq;
  • Məkan profillərini, kampaniyaları, tədbirləri, PinBox təkliflərini, foto və videoları daxili qaydalara uyğun yoxlamaq (moderasiya);
  • İstifadəçi şikayətlərinə (təqib, təhqir, saxta profil, fırıldaqçılıq, uyğunsuz məzmun) 24 saat ərzində baxmaq və qərar vermək — xəbərdarlıq, məzmunun silinməsi, hesabın bloklanması;
  • Şəxsiyyət təsdiqi müraciətlərini yoxlamaq, saxta hesab və məkanları aşkarlamaq;
  • Bloklanmaya etirazlara baxmaq, hər qərarı daxili sistemdə əsaslandırmaqla qeyd etmək;
  • Texniki xətaları qeydə alıb aidiyyəti komandaya yönləndirmək və həllini sona qədər izləmək;
  • Ödəniş, tarif və abunə ilə bağlı biznes müraciətlərini Korporativ müştərilərə xidmət şöbəsinə ötürmək.

Tələblər:

  • Azərbaycan dilində səlis, aydın və savadlı nitq (şifahi və yazılı);
  • Rus və ya ingilis dili bilikləri böyük üstünlükdür, türk dili də arzuolunandır;
  • Yüksək ünsiyyət bacarığı: dinləmək, empatiya qurmaq, təmkinli olmaq, konfliktləri müsbət həll etmək;
  • Ədalətli və obyektiv qərar vermək bacarığı, məxfi məlumatla məsuliyyətli davranmaq;
  • Mobil tətbiqlərdən və sosial şəbəkələrdən sərbəst istifadə, kompüter bilikləri;
  • Dəqiqlik, məsuliyyət və detallara diqqət;
  • Müştəri xidmətləri, çağrı mərkəzi, moderasiya və ya təhlükəsizlik sahəsində təcrübə üstünlükdür.

Təminatlar və iş şəraiti:

  • Rəsmi əmək müqaviləsi və sosial sığorta;
  • Əməkhaqqı: 700 AZN (başlanğıc);
  • Gənc və dinamik startap kollektivi, karyera inkişafı üçün real imkan;
  • İş qrafiki: həftədə 40 saat; növbəli qrafik (axşam və həftəsonu növbələri daxil olmaqla, bərabər bölüşdürülür);
  • Ünvan: Bakı 

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

More jobs at PEAKPIN MMC

Jobs at PEAKPIN MMC