Skip to content
GoJob

Ölçü kontrolu üzrə inspektor

PoladisInspector job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Full time
Posted
October 21, 2026
Apply before
November 20, 2026

Manufacturing & Agriculture jobs in Baku

About this job

Poladis is hiring an inspector in Baku (Garadagh district). Full-time. Apply directly to the employer.

Vəzifənin məqsədi

  • Metal konstruksiyaların və istehsal olunmuş komponentlərin ölçülərinin texniki çertyojlara, müvafiq standartlara və müəyyən edilmiş texniki tələblərə uyğunluğunu yoxlamaq, ölçmə nəticələrini sənədləşdirmək və istehsalat prosesində ölçü uyğunluğuna nəzarəti təmin etmək.

Əsas vəzifə və öhdəliklər

  • Metal konstruksiyaların, detalların və digər istehsal olunmuş komponentlərin ölçülərini texniki çertyojlara və müəyyən edilmiş tələblərə uyğun yoxlamaq;
  • BS EN 1090-2 standartının tələblərinə uyğun ölçü yoxlamalarını həyata keçirmək;
  • Yoxlama Test Planının (YTP) tələblərinə uyğun müvafiq inspeksiya və test mərhələlərinin icrasına nəzarət etmək;
  • Texniki çertyojları, spesifikasiyaları və ölçü yoxlamaları ilə bağlı digər texniki sənədləri oxumaq və tətbiq etmək;
  • Ölçü alətlərindən və müvafiq ölçmə avadanlıqlarından düzgün istifadə etmək;
  • Faktiki ölçüləri texniki çertyojlar və müəyyən edilmiş tələblərlə müqayisə edərək uyğunluğu müəyyənləşdirmək;
  • İstehsalat prosesi zamanı metal konstruksiyaların və komponentlərin ölçü uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar barədə birbaşa rəhbərə məlumat vermək;
  • Ölçmə nəticələrini düzgün sənədləşdirmək, müvafiq yoxlama qeydlərini aparmaq və hesabatlar hazırlamaq;
  • Səviyyə, hündürlük və digər ölçü göstəricilərini yoxlamaq, zəruri hallarda nivelirdən istifadə etmək;
  • Ölçmə alətlərinin düzgün istifadəsinə və yoxlama prosesinin müəyyən edilmiş tələblərə uyğun aparılmasına riayət etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM tələblərinə riayət etmək.

Namizədə tələblər

  • Müvafiq texniki sahə üzrə ali təhsil;
  • Ölçü kontrolu və ya metal konstruksiyaların ölçülərinin yoxlanılması sahəsində iş təcrübəsi;
  • BS EN 1090-2 standartının tələbləri barədə biliklər;
  • Yoxlama Test Planının (YTP) tələblərini bilmək və müvafiq inspeksiya/test mərhələlərini anlamaq;
  • Texniki çertyojları və müvafiq texniki sənədləri oxumaq bacarığı;
  • Metal konstruksiyaların və istehsal olunmuş komponentlərin ölçülərinin yoxlanılması üzrə praktiki biliklər;
  • Ölçmə alətləri və müvafiq ölçü avadanlıqlarından istifadə bacarığı;
  • Faktiki ölçüləri texniki tələblərlə müqayisə etmək, uyğunsuzluqları müəyyənləşdirmək və nəticələri sənədləşdirmək bacarığı;
  • Ölçmə nəticələri əsasında yoxlama hesabatlarının hazırlanması üzrə biliklər;
  • Nivelirlə işləmək bacarığının olması arzuolunandır;
  • Səviyyə, hündürlük və digər ölçü göstəricilərinin yoxlanılması üzrə praktiki təcrübə üstünlükdür;
  • Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Nahar və servis xidməti ilə təminat.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

More jobs at Poladis

Jobs at Poladis