Skip to content
GoJob
Back to jobs

İstismar xidmətləri üzrə nəzarətçi

Subway AzerbaijanInspector job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 16, 2026
Views
701
Applications
35
Apply before
December 16, 2026

Restaurants & Cafés jobs in Baku

About this job

Subway Azerbaijan is hiring an inspector in Baku. Full-time. Apply directly to the employer.

“Absheron Hospitality Group” MMC “İstismar xidmətləri üzrə nəzarətçi” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;

Əsas öhdəliklər:

  • Elektrik və mexaniki sistemlərdə profilaktik baxış və texniki servis işlərini plan üzrə həyata keçirmək;
  • Qaz, su və elektrik sistemlərinin təhlükəsiz işləməsini təmin etmək;
  • Gözlənilməz texniki nasazlıqlar zamanı operativ müdaxilə etmək, zəruri hallarda xarici servis xidmətləri ilə əlaqə qurmaq və təmir prosesinə nəzarət etmək;
  • Avadanlıqların sazlanması, quraşdırılması, nizamlanması və sınaq
    yoxlamasını həyata keçirmək, sistemin sazlığı vəziyyətinə nəzarət etmək;
  • Yeni texnikanın və inkişaf etmiş texnologiyanın tətbiqinin, səmərələşdirici təkliflərin iqtisadi effektliliyinin əsaslandırılmasında iştirak etmək;
  • Yerinə yetirilən işlər üzrə sənədləri qəbul etmək, onların vaxtında icrasını və
    saxlanılmasını təmin etmək;
  • İşi ilə əlaqəli hesabatların tərtib edilməsi üçün məlumatları sistemləşdirmək,
    emal etmək və hazırlamaq;
  • Texniki və istilik, həmçinin soyutma və havalandırma avadanlıqlarının, sobaların, nasosların, transformatorların, elektrik cihazlarının və s. təmiri və texniki xidməti üçün işlərə nəzarət etmək, onları əlaqələndirmək və planlaşdırmaq;
  • Elektrik və mexaniki sistemlərlə işləyərkən təhlükəsizlik qaydalarına əməl etmək

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
  • Tutduğu vəzifə üzrə normativ hüquqi aktları bilmək;
  • Hazırlanan texniki sənədlərin mövcud standartlarını və texniki
    şərtlərini, onların tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını bilmək;
  • İstifadə olunan avadanlığın konstruktiv xüsusiyyətlərini, təyinatını, iş
    prinsiplərini və istismar qaydalarını bilmək;
  • Avadanlığın baxışı və nöqsanların aşkarlanması metodlarını: məlumatların
    alınması, emalı və ötürülməsinin texniki vasitələrini bilmək;
  • Microsoft Office (Word, Outlook) proqramlarından istifadə bacarığının olması;

Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Göndərilən emaillərin subject hissəsinə “İstismar xidmətləri üzrə nəzarətçi” yazılmalıdır.

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Similar jobs