Skip to content
GoJob

Təhlükəsizlik sisteminin nəzarətçisi

Retail Group AzerbaijanInspector job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Full time
Posted
September 30, 2026
Apply before
October 30, 2026
Category
Security

Security jobs in Baku

About this job

Retail Group Azerbaijan is hiring an inspector in Baku (Nizami district). Full-time. Apply directly to the employer.

İş yeri: Nargiz Mall, Crescent Mall, Gənclik Mall

İş vaxtı: 5 günlük (həftədə 40 saat),

Namizədə dair tələblər:

  • Müvafiq sahədə iş təcrübəsi;
  • Orta ixtisas və ya ali təhsil;
  • Təhlükəsizlik və müşahidə sistemləri ilə işləmə bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Diqqətli, məsuliyyətli və operativ olmaq;
  • Şübhəli hallar və insidentləri vaxtında aşkar etmək və məlumatlandırmaq bacarığı;
  • Məxfi məlumatların qorunması və informasiya təhlükəsizliyi qaydalarına riayət etmək;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

Üstünlük verilir:

  • Pərakəndə satış (Retail) sahəsində iş təcrübəsi;
  • Təhlükəsizlik və itkilərin qarşısının alınması (Loss Prevention) sahəsində təcrübə;
  • Təhlükəsizlik kameraları və digər təhlükəsizlik sistemləri ilə iş təcrübəsi;
  • Hadisələrin araşdırılması və hesabatların hazırlanması üzrə təcrübə;
  • İngilis dili biliyi.

Vəzifə funksiyaları:

  • Təhlükəsizlik kameralarını fasiləsiz izləmək, şübhəli fəaliyyətləri və qeyri-adi halları müəyyən etmək və dərhal rəhbərliyə məlumat vermək;
  • Mağazada aşkar olunan qayda pozuntuları, insidentlər və digər uyğunsuzluqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
  • Sensormatic sistemlərinin və təhlükəsizlik qapılarının gündəlik yoxlanılmasını və işlək vəziyyətdə olmasını təmin etmək;
  • Mağaza və anbar ərazilərində məhsullar üzərində təhlükəsizlik etiketlərinin düzgün yerləşdirilməsinə dair təsadüfi yoxlamalar aparmaq;
  • Əməkdaşların şəxsi dolabları, şəxsi alış-verişləri, kassa əməliyyatları və digər aidiyyəti sahələr üzrə təsadüfi yoxlamalar həyata keçirmək;
  • Təhlükəsizlik kameraları sisteminin gündəlik texniki vəziyyətini yoxlamaq;
  • Sistem və avadanlıqlarda yaranan nasazlıqlar barədə dərhal İT şöbəsinə və rəhbərliyə məlumat vermək;
  • Geri qaytarma, dəyişdirmə, məhsul sətrinin ləğvi və çekin ləğvi əməliyyatlarını gündəlik olaraq müşahidə kameraları vasitəsilə monitorinq və yoxlamaq;
  • Mağazanın açılışı, tullantıların çıxarılması, əməkdaşların yoxlanılması və malların qəbul edilməsi kimi mühüm əməliyyatlara nəzarət etmək;
  • Sözügedən proseslərin şirkətin daxili qayda və standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Təhlükəsizlik kameralarının görüntülərini, müşahidə qeydlərini, jurnalları və insident hesabatlarını düzgün şəkildə qeydiyyata almaq və saxlamaq;
  • Zəruri hallarda insidentlərlə bağlı sübutların toplanmasında iştirak etmək;
  • Tələb olunduğu hallarda aidiyyəti məlumatların və sübutların hüquq-mühafizə orqanlarına təqdim edilməsində iştirak etmək;
  • Təhlükəsizlik kameralarından əldə olunan məlumatların və digər məxfi informasiyanın qorunmasını təmin etmək;
  • Şirkətin daxili qaydalarına, prosedurlarına, etik davranış kodeksinə və təhlükəsizlik standartlarına riayət etmək;
  • Əməkdaşlarla münasibətlərdə peşəkar davranış və qarşılıqlı hörmət prinsiplərinə riayət etmək;
  • İşə davamiyyət və punktuallıq qaydalarına riayət etmək;
  • Əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik standartlarına riayət etmək;
  • Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.

CV-lərinizi mövzu hissəsinə “Təhlükəsizlik sisteminin nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

More jobs at Retail Group Azerbaijan

Jobs at Retail Group Azerbaijan