Skip to content
GoJob

İnspektor – Nümunəgötürmə üzrə (Sumqayıt şəhəri ərazisində yaşayanlara üstünlük veriləcəkdir)

SGSInspector job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
September 29, 2026
Apply before
October 29, 2026
Category
Engineering

Engineering jobs in Baku

About this job

SGS is hiring an inspector in Baku. Full-time. Apply directly to the employer.

SGS dünyanın aparıcı inspeksiya, yoxlama, sınaq və sertifikatlaşdırma şirkətidir. Biz davamlılıq, keyfiyyət və dürüstlük sahəsində qlobal etalon kimi tanınırıq. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 2600 ofis və laboratoriyadan ibarət şəbəkəmizdə 99 600 əməkdaş çalışır.

Harada olmağınızdan və hansı sənaye sahəsində fəaliyyət göstərməyinizdən asılı olmayaraq, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ekspertlərimiz biznesinizin daha sürətli, sadə və səmərəli şəkildə inkişaf etməsinə kömək edən ixtisaslaşmış həllər təqdim edirlər.

SGS Azerbaijan MMC neft, neft məhsulları, kimyəvi maddələr və mineral gübrələrdən nümunələrin götürülməsi üzrə fəaliyyət göstərəcək İnspektor vəzifəsinə əməkdaş axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Neft, neft məhsulları, kimyəvi maddələr və mineral gübrələrdən müəyyən edilmiş prosedurlara uyğun nümunələrin götürülməsi;
  • Nümunələrin düzgün etiketlənməsi, qeydiyyata alınması və laboratoriyaya təhvil verilməsi;
  • Nümunəgötürmə zamanı təhlükəsizlik və keyfiyyət tələblərinə riayət edilməsi;
  • Müvafiq sənədlərin və hesabatların hazırlanması;
  • İş zamanı istifadə olunan avadanlıq və vasitələrə düzgün münasibətin təmin edilməsi;
  • Şirkətin prosedur və təlimatlarına uyğun fəaliyyət göstərilməsi.

Namizədə tələblər

  • Orta ixtisas və ya ali təhsil;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Word, Excel və Outlook proqramları üzrə elementar istifadə bacarıqları;
  • B və C kateqoriyalı sürücülük vəsiqəsi;
  • Mexaniki sürətlər qutusu olan avtomobilləri idarə etmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Sahə şəraitində işləməyə hazır olmaq;
  • İş təhlükəsizliyi və prosedurlara riayət etmək bacarığı.

Əmək şəraiti

  • Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək
  • İş yeri: Bakı şəhəri
  • Yaş həddi: 18–60 yaş

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqlar.

More jobs at SGS

Jobs at SGS