Təmizlik şöbəsi üzrə nəzarətçi
Ibis Baku cityInspector job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- August 27, 2026
- Apply before
- September 26, 2026
- Category
- Hospitality & Tourism
About this job
Ibis Baku city is hiring an inspector in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə Öhdəlikləri:
- Gündəlik olaraq təmizlik heyətinin iş bölgüsünü planlaşdırmaq və nəzarət etmək, tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək.
- Qonaq otaqları, ümumi ərazilər, xidmət sahələri və işçi otaqlarında yüksək təmizlik və gigiyena standartlarının tətbiqinə nəzarət etmək.
- İşçi heyətinin işə davamiyyətinə, etik davranışına və formasına (uniformasına) nəzarət etmək.
- Yeni əməkdaşların təlimini təşkil etmək, onların peşəkar şəkildə inkişafına dəstək olmaq.
- Otaqların və ərazinin təmizlik yoxlamalarını keçirmək, çatışmazlıqları müəyyənləşdirərək dərhal aradan qaldırmaq.
- Təmizlik ləvazimatlarının və təchizatın istifadəsinə nəzarət etmək, materialların səmərəli istifadəsini təmin etmək.
- Lazımi materialların vaxtında sifariş olunması üçün anbar ehtiyatlarını izləmək və hesabat təqdim etmək.
- Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək, nasazlıq hallarında dərhal texniki heyətlə əlaqə saxlamaq.
- Əməkdaşlar arasında əmək intizamını qorumaq, daxili qaydalara riayət olunmasını təmin etmək.
- Otelin ümumi xidmət keyfiyyətinə töhfə vermək məqsədilə digər şöbələrlə koordinasiyalı işləmək.
- Otel tərəfindən təşkil olunan fövqəladə hallar və təhlükəsizlik təlimlərində iştirak etmək və heyəti də bu təlimlərə cəlb etmək.
- Rəhbərlik tərəfindən verilən digər əsaslı vəzifə və tapşırıqları yerinə yetirmək.
Namizədə Tələblər:
- Qonaqpərvərlik sənayesində təmizlik xidmətləri üzrə təcrübənin olması üstünlükdür.
- Dəyişkən iş qrafikində işləyə bilmək.
- Opera proqramın bilməlidir.
- Qonaq məmnuniyyəti və yüksək xidmət keyfiyyətinə sadiqlik.
- İngilis və Rus dillərində orta səviyyədə bilməlidir.
- Güclü ünsiyyət bacarıqları, problem həll etmə qabiliyyəti və nümunəvi liderlik xüsusiyyətləri tələb olunur.
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.