Odoo ERP üzrə mütəxəssis
Main Steel MMCOdoo ERP üzrə mütəxəssis job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 15, 2026
- Apply before
- November 14, 2026
- Category
- Information Technology
About this job
Main Steel MMC is hiring for the role “Odoo ERP üzrə mütəxəssis” in Baku. Full-time. Apply directly to the employer.
Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Odoo ERP sistemi üzərindən maliyyə və mühasibatlıq proseslərinin idarə olunması və optimallaşdırılmasında iştirak etmək;
- Müxtəlif sistemlər arasında məlumatların inteqrasiyasını təmin etmək və məlumat mübadiləsi proseslərini koordinasiya etmək;
- Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə həllərin hazırlanması və tətbiqində iştirak etmək;
- Mövcud biznes proseslərini təhlil etmək, təkmilləşdirmə və avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək;
- Odoo sistemində məlumatların düzgünlüyünə, tamlığına və ardıcıllığına nəzarət etmək;
- Sistem üzrə yaranan texniki və funksional problemləri müəyyənləşdirmək, onların aradan qaldırılmasını təmin etmək;
- Hesabatların hazırlanması və maliyyə məlumatlarının təhlili proseslərini dəstəkləmək;
- Odoo sisteminin funksionallığının təkmilləşdirilməsi və biznes tələblərinə uyğunlaşdırılması üzrə təkliflər vermək.
Vakant vəzifə üzrə tələblər:
- MS Office proqramlarında işləmək bacarığı;
- Odoo ERP proqramı üzrə yüksək səviyyədə bilik və praktiki istifadə təcrübəsi;
- Məlumatların inteqrasiyası və biznes proseslərinin avtomatlaşdırılması prinsiplərini bilmək;
- Analitik düşünmə, problem həll etmə və məlumatlarla işləmə bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
- Yeni funksionallıqları öyrənmək və tətbiq etmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00;
- Şənbə və bazar istirahət günləri;
- Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D