Skip to content
GoJob

Ofis meneceri

Pizza Mizza MMCOffice manager job in Baku

Salary: from 800 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 9, 2026
Apply before
November 9, 2026

Human Resources jobs in Baku

About this job

Pizza Mizza MMC is hiring an office manager in Baku. Full-time, salary 800 AZN. Apply directly to the employer.

Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.

“Pizza Mizza” MMC-yə “Ofis Menecer” tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Ofisin gündəlik fəaliyyətini təmin etmək;
  • Telefon zənglərinin, məktubların və e-maillərin qəbulunu və yönləndirilməsini həyata keçirmək;
  • Qonaqların qarşılanması və qəbul qaydalarının təşkili;
  • Ofis ləvazimatları, təsərrüfat və texniki vasitələrin təminatı və uçotunun aparılması;
  • Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və sistemləşdirilməsinə nəzarət etmək;
  • Görüş, iclas və tədbirlərin təşkili üçün inzibati dəstək göstərmək;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icrasını təmin etmək;
  • Ofis daxilində intizam və nizam qaydalarına nəzarət etmək;
  • İnzibati hesabatların hazırlanması və təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Ofis idarəçiliyi və ya inzibati işlər sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Qadın namizədlərə üstünlük verilir;
  • Təşkilatçılıq bacarığına malik olmalı;
  • Ünsiyyətcil, operativ və məsuliyyətli olmalıdır; 
  • Peşəkar görünüş, səlis danışıq və ünsiyyət bacarığı olmalı;

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün (09:00 – 18:00);
  • Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
  • Əmək haqqı: 800 AZN;
  • Nahar şirkət tərəfindən təmin olur;
  • İş yeri: Babək Plaza (Xətai metro yaxınlığı)

Maraqlanan şəxslər 050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya CV- lərini “Ofis meneceri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

More jobs at Pizza Mizza MMC

Jobs at Pizza Mizza MMC