Skip to content
GoJob

Performansın idarə edilməsi üzrə mütəxəssis

Landau Education GroupPerformansın idarə edilməsi üzrə mütəxəssis job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Volunteer
Posted
October 16, 2026
Apply before
November 15, 2026

Human Resources jobs in Baku

About this job

Landau Education Group is hiring for the role “Performansın idarə edilməsi üzrə mütəxəssis” in Baku (Sabail district). Volunteer. Apply directly to the employer.

Təsvir

  • Performans idarəetmə çərçivələrinin (“Framework”), KPI-lar, səriştə modelləri, qiymətləndirmə şkalalarının və s. hazırlanmasında və yenilənməsində iştirak;
  • Performans sistemlərinin təşkilatın strateji məqsədləri və HR siyasətləri ilə uyğunlaşdırılmasına dəstək;
  • Müxtəlif vəzifə və funksiyalar üçün uyğunlaşdırılmış qiymətləndirmə alətlərinin hazırlanması;
  • Performans qiymətləndirmə dövrlərinin koordinasiyası (hədəf qoyma, yarımillik və illik icmallar);
  • Struktur bölmələrə təşkilat məqsədlərinin fərdi məqsədlərə çevrilməsində dəstək göstərilməsi;
  • Qiymətləndirmələrin vaxtında və ədalətli şəkildə başa çatdırılmasına nəzarət;
  • Rəhbərlərə və əməkdaşlara performans idarəetmə prosesləri və alətləri barədə təlimlərin təşkili;
  • Rəhbərlərə geribildirim vermə, hədəf qoyma və qiymətləndirmə aparılması sahəsində dəstək;
  • Performans proseslərinin mütəmadi olaraq yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
  • Qiymətləndirmə proseslərində obyektivlik, ədalətlilik və şəffaflığın təmin edilməsi.

Tələblər

  • Ali təhsil​;
  • İnsan Resurslarının idarə olunması üzrə minimum 2 il iş təcrübəsi;
  • Performans idarəetmə prinsipləri, metodları və alətləri (OKR, KPI, Balanced scorecard və s.) üzrə biliklər;
  • Məlumatların təhlili, nəticələrin sadə və effektiv şəkildə təqdim edilməsi bacarığı;
  • Layihələrin planlaşdırılması və idarə olunması bacarığı;
  • B1 səviyyədə İngilis dili biliyi;
  • Yaxşı səviyyədə Excel biliyi;
  • Tənqidi Düşüncə;
  • Komanda ilə işləmək bacarığı.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Həyat yığım sığortası;
  • Könüllü tibbi sığorta;
  • Uşaqlara məktəb endirimləri;
  • Push30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
  • Peşəkar inkişaf imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

More jobs at Landau Education Group

Jobs at Landau Education Group