Planlama üzrə mütəxəssis (mebel fabriki)
Kontakt HomePlanning engineer job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 5, 2026
- Apply before
- December 5, 2026
- Category
- Engineering & Technical
About this job
Kontakt Home is hiring a planning engineer in Baku. Full-time. Apply directly to the employer.
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
- Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla material planlamasının hazırlanması;
- Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq materialları müəyyən edərək bağlı olduğu rəhbərə bildirilməsi;
- Xammal və materialların vaxtında təmin edilərək istehsala daxil olmasının izlənməsi;
- İstehsal planlarına uyğun iş qrafiklərinin hazırlanması və icrasına nəzarət edilməsi;
- İstehsal planından yayınmaların və gecikmələrin izlənməsi, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı birbaşa rəhbərlə müzakirələrin aparılması;
- Hazır məhsul, xammal və material qalıqlarına nəzarət edilməsi və ehtiyacların müəyyənləşdirilməsi;
- İstehsal prosesinin gündəlik izlənməsi və təsdiq edilmiş planların icrasına nəzarət edilməsi;
- Planlama üzrə analitik hesablamaların aparılması və digər struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması;
- Rəhbərlik tərəfindən verilən vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- İş təcrübəsi mebel sahəsi üzrə 2 ildən artıq ;
- Tapşırıqların prioritetləşdirilməsi bacarığı;
- Vaxt idarəetməsi və operativlik bacarığı;
- Material çatışmazlıqları üzrə risk analizi etmə bacarığı;
- Layihə dəyişikliklərinə çevik reaksiya verə bilmə bacarığı;
- Stressə davamlılıq;
- Analitik və təhliletmə bacarığı;
- Komandada işləmək bacarığı
İş şəraiti:
- İş yeri: Binəqədi şossesi 53;
- İş qrafiki: 5 günlük (09:00 - 18:00)
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.