Skip to content
GoJob

Problemli Kreditlər üzrə Sahə Yığım İşçisi (Ağdaş filialı)

FINCA AzerbaijanCollections specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 30, 2026
Apply before
November 29, 2026

Finance & Banking jobs in Baku

About this job

FINCA Azerbaijan is hiring a collections specialist in Baku. Full-time. Apply directly to the employer.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Gündəlik olaraq portfeldə olan müştəriləri yoxlayır, təşkilatın maraqlarını və prioritetlərini nəzərə alaraq onların borclarının ödənilməsi üçün iş planı hazırlayır.
  • Müştərilərin borc gecikmələrinin səbəblərini araşdırır və xüsusi maliyyə proqramında müvafiq qeydləri aparır. Kredit borclarının ödənilməsi istiqamətində məhkəməyə qədər və məhkəmədən sonrakı mərhələlərdə işləri davam etdirir. Problemlər aşkarlandıqda Xətti Menecerə məlumat verir.
  • Borclu müştərilərin və zaminlərin yaşayış, iş yerlərinə və əmlaklarına səfərlər edir, onlarla birbaşa görüşərək borc öhdəliklərini izah edir. Bu işi həm məhkəmə öncəsi, həm də məhkəmə sonrası dövrdə davam etdirir.
  • Müştərilərin ödəmə qabiliyyətinə uyğun olaraq kreditin restrukturizasiyası üçün təkliflər hazırlayır və bu prosesdə sənədləşmənin həyata keçirilməsi üçün aidiyyatı üzrə məlumat verir.
  • Həftəlik və aylıq təşkil edilən komitələrdə iştirak edir, borcların yığılması ilə bağlı müzakirələrdə aktiv rol oynayır, təkliflər verir və razılaşdırılmış tədbirləri yerinə yetirir.
  • Əgər borcun geri ödənilməsi mümkün olmazsa, məsələni Xətti Rəhbər və ya Ərazi Meneceri ilə müzakirə edir.
  • Həftəlik, aylıq və digər hesabatları vaxtında hazırlayır və rəhbərliyə təqdim edir.
  • Borcların yığılması, müştərilərin vəziyyəti və məhkəmə icraatı barədə Ərazi Menecerə və Xətti Rəhbərə müntəzəm məlumat verir.

Namizəddən gözləntilərimiz:

  • Bakalavr təhsili (hüquq təhsili arzuolunandır).
  • Borcların yığılması sahəsində ən azı 1 il iş təcrübəsi.
  • Kreditləşmə və maliyyə sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • Məsuliyyətli, düzgün, dəqiq və etibarlı olmaq.
  • İşləyəcəyi filial/filiallar üzrə yaxın və ətraf şəhər/rayonlarda yaşayan müştərilərin ünvanlarına səfər etmək imkanı.
  • Zərurət yarandıqda məhkəmə və icra orqanlarında təşkilatı təmsil etmək bacarığı.
  • Effektiv ünsiyyət bacarığı.

Texniki tələblər:

  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsi-mütləqdir

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Yanacaq və Amortizasiya xərcləri
  • Bonus sistemi;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

More jobs at FINCA Azerbaijan

Jobs at FINCA Azerbaijan