Skip to content
GoJob

Senior Software Engineer (Baş mütəxəssis)

Azər Türk BankSoftware engineer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 15, 2026
Apply before
November 14, 2026

Information Technology jobs in Baku

About this job

Azər Türk Bank is hiring a software engineer in Baku. Full-time. Apply directly to the employer.

Təsvir

  • Rəqəmsal Bankçılıq sistemlərini inkişaf etdirmək və dəstəkləmək, onların stabil, təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək.
  • Biznes tələblərinə uyğun yeni funksionallıqları layihələndirmək və hazırlamaq.
  • Sistemlərin layihələndirilməsində, arxitekturanın təkmilləşdirilməsində, texnologiya seçimində və texniki qərarların qəbulunda iştirak etmək.
  • Bankın daxili sistemləri və xarici platformalarla inteqrasiyaları layihələndirmək və həyata keçirmək.
  • İstifadə ssenarisinə uyğun texnologiya seçərək Java, Go və ya Python ilə servislər, inteqrasiyalar və avtomatlaşdırma həlləri hazırlamaq.
  • Funksionallıqların texniki layihələndirmədən hazırlanma, test, istehsal mühitinə yerləşdirmə və dəstəyə qədər bütün mərhələləri üzrə məsuliyyət daşımaq.
  • Kod icmalları (code review) aparmaq, kodun keyfiyyətini, təhlükəsizliyini və dəstəklənə bilməsini təmin etmək.
  • Komanda üzvlərinə texniki dəstək göstərmək və mentorluq etmək.
  • Kritik insidentləri, performans problemlərini və istehsal mühitində yaranan nasazlıqları araşdırmaq və aradan qaldırmaq.
  • Tapşırıqların texniki qiymətləndirilməsində, planlaşdırılmasında və icrasının koordinasiyasında iştirak etmək.
  • API spesifikasiyaları, sistem diaqramları və arxitektura qərarları daxil olmaqla texniki sənədləşməni hazırlamaq və yeniləmək.
  • Məhsul menecerləri, biznes analitikləri, arxitektorlar, QA, DevOps və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq etmək.
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun digər mühəndislik tapşırıqlarını yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilir);
  • Proqram təminatının hazırlanması üzrə minimum 5 il müvafiq iş təcrübəsi;
  • OOP, SOLID, Clean Code və dizayn nümunələri (design patterns) üzrə dərin bilik;
  • Java 8+ və Spring ekosistemi (Spring Boot, Spring Data JPA, Spring Security, Spring Cloud) üzrə geniş praktiki təcrübə; Go və ya Python üzrə biliklər;
  • Mikroservis arxitekturası və paylanmış sistemlərin layihələndirilməsi təcrübəsi (miqyaslanma, nasazlıqlara davamlılıq, təhlükəsizlik);
  • REST API, mesaj brokerləri (Kafka və ya RabbitMQ) və Redis ilə iş təcrübəsi;
  • Oracle və ya PostgreSQL üzrə güclü SQL bilikləri;
  • OAuth 2.0, JWT və OWASP təhlükəsiz proqramlaşdırma prinsipləri üzrə biliklər;
  • Git, CI/CD, Docker, Kubernetes və avtomatlaşdırılmış testlər üzrə təcrübə;
  • Güclü analitik düşüncə, komanda üzvlərinə mentorluq etmək və işin nəticəsinə görə məsuliyyət daşımaq bacarığı;
  • Üstünlük: bank, fintech və ya ödəniş sistemlərində təcrübə, ingilis və rus dili bilikləri.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

More jobs at Azər Türk Bank

Jobs at Azər Türk Bank