Qazmaçı Köməkçisi
Bahar Energy Operating CompanyQazmaçı köməkçisi job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 5, 2026
- Apply before
- December 5, 2026
- Category
- Engineering & Technical
About this job
Bahar Energy Operating Company is hiring for the role “Qazmaçı Köməkçisi” in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə haqqında:
- BEOC quyuların əsaslı və yeraltı təmiri, quyuya müdaxilə əməliyyatlarının həyata keçirilməsi, quyu avadanlıqlarının və alətlərinin düzgün istismarı və texniki sazlığının təmin olunması üzrə fəaliyyət göstərmək üçün Qazmaçı Köməkçisi vakansiyası üzrə müsabiqəni açıq elan edir. Bu vəzifə təmir və müdaxilə əməliyyatlarında iştirak etməyi, qazmaçıya dəstək göstərməyi və iş proseslərinin texniki təhlükəsizlik tələblərinə uyğun həyata keçirilməsini əhatə edir.
Əsas vəzifə öhdəlikləri:
- Quyuların əsaslı və yeraltı təmiri üzrə texnoloji proseslərdə iştirak etmək və təmir əməliyyatları üçün hazırlıq işlərini yerinə yetirmək.
- Sement və kimyəvi məhlulları (Duo-Vis, Kalimatant və s.) hazırlamaq, quyuların turşu və hidravlik üsullarla işlənməsi, tutma, tədqiqat, perforasiya və mənimsənilməsi əməliyyatlarında iştirak etmək.
- Kanat üsulu ilə quyuların təmiri, güc-hidravlik fırlanğıcların, quyu dibi qazma mühərriklərinin və elektrik dalma nasoslarının (EDN) quyu dibi yığımının yığılması, sökülməsi və yoxlanılması işlərini həyata keçirmək.
- Nasos-kompressor və qazma borularının endirilməsi və qaldırılması zamanı boruların körpü üzərinə və ya daraq arxasına yığılması, o cümlədən müvafiq hündürlük işlərini yerinə yetirmək.
- Avadanlıq və alətlərin yollanması, bağlanması, tal sisteminin yığılması və ləvazimatların dəyişdirilməsi proseslərində iştirak etmək, boruların ölçülməsini həyata keçirmək.
- Boru və ştanqların endirilməsi və qaldırılması zamanı bağlanıb-açılması üçün istifadə olunan açarların, elevatorların və avtomatik avadanlıqların sazlığını təmin etmək.
- Tal sisteminin, yürüş pilləkənlərinin, sürahilərin, işçi meydançaların, ayaqaltıların və körpülərin texniki vəziyyətinə nəzarət etmək.
- Rotorun, rotor ötürməsinin, qazma məhlullarının, tamponlayıcı qarışıqların və kimyəvi reagentlərin işçi vəziyyətinə nəzarət etmək.
- Sahədə istifadə olunan avadanlıq və alətlərin texniki vəziyyətini yoxlamaq, zəruri hallarda cari təmir işlərini yerində həyata keçirmək.
- Əməliyyat prosesləri boyunca qazmaçıya dəstək göstərmək, işə başlamazdan əvvəl, iş zamanı və iş bitdikdən sonra texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər və kvalifikasiyalar:
- Sahə üzrə orta ixtisas və ya peşə təhsili.
- Quyu təmirinin əsasları, sement və kimyəvi məhlulların hazırlanması, quyuların turşu və hidravlik üsullarla işlənməsinin əsasları, boru və ştanqlarla işləmək üzrə biliklər.
- Təhlükəsizlik və risk intizamı, davamlı öyrənmə və təkmilləşdirmə, əməkdaşlıq və komanda işi, məsuliyyət, dürüstlük və hesabatlılıq, insanlara və iş mühitinə qayğı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.