Skip to content
GoJob

Qrafik dizayner

Azerbaijan AutomobilesGraphic designer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 8, 2026
Apply before
November 7, 2026

Design & Creative jobs in Baku

About this job

Azerbaijan Automobiles is hiring a graphic designer in Baku. Full-time. Apply directly to the employer.

"Azerbaijan Automobiles" şirkətinə “Qrafik dizayner” tələb olunur;

Iş barədə məlumat:

  • Automobiles Group portfelinə daxil olan bütün brendlər üçün rəqəmsal və çap materiallarının vizual dizaynını hazırlamaq.
  • Sosial media postları, story və reel cover-ları, reklam bannerləri, kampaniya vizualları, e-mail materialları, təqdimatlar, broşürlər, kataloqlar, POSM materialları və digər marketinq daşıyıcıları üzrə dizayn işlərini icra etmək.
  • Yeni model təqdimatları, xüsusi qiymət kampaniyaları, showroom tədbirləri, test-drive aktivlikləri, BTL layihələri və korporativ kommunikasiya üçün yaradıcı vizual konseptlər hazırlamaq.
  • Hər brendin rəsmi brand guideline, loqo istifadəsi, rəng palitrası, şrift, dizayn dili və digər vizual identifikasiya qaydalarına uyğun işləmək.
  • Global tərəfdən təqdim olunan vizual materialları lokal bazarın kommunikasiya ehtiyaclarına uyğunlaşdırmaq və müxtəlif ölçü-formatlarda adaptasiya etmək.
  • Marketinq, rəqəmsal marketinq, content və communications komandaları ilə əməkdaşlıq edərək kampaniya brief-lərinə uyğun vizual həllər təqdim etmək.
  • Dizayn işlərinin kontent planına, kampaniya tarixlərinə və təsdiqlənmiş deadline-lara uyğun vaxtında hazırlanmasını təmin etmək.
  • Təqdim olunan dizaynların keyfiyyətinə, mətnlərin düzgünlüyünə, qiymət və kampaniya məlumatlarının dəqiq yerləşdirilməsinə nəzarət etmək.
  • Çap məhsulları üçün mətbəə tələblərinə uyğun, yüksək keyfiyyətli və çap üçün hazır fayllar hazırlamaq; istehsal prosesində rəng, ölçü və material keyfiyyətinə nəzarət etmək.
  • Foto və video prodakşn materiallarının seçilməsi, retouch, vizual adaptasiyası və kampaniya materiallarında istifadəsində iştirak etmək.
  • Mövcud dizayn arxivini, loqo və brand asset-lərini sistemli şəkildə idarə etmək və komandanın istifadəsi üçün aktual faylları təmin etmək.
  • Sosial media və avtomobil sektorunda vizual dizayn trendlərini izləmək, brendlərin kommunikasiya keyfiyyətini yüksəldəcək yeni yaradıcı yanaşmalar təklif etmək.
  • İş prosesini sürətləndirmək və yaradıcı həlləri təkmilləşdirmək məqsədilə uyğun AI dizayn alətlərini araşdırmaq və istifadə etmək.
  • Şirkətin bütün kommunikasiya materiallarında vahid, premium və peşəkar vizual standartın qorunmasını təmin etmək.

İş şəraiti

  • İş qrafiki: Həftə içi 6 gün 
  • İş ünvanı: Bakı, Babək prospekti.

Namizədə tələblər:

  • Ali təhsil (aidiyyatı ixtisas üzrə)
  • Dizaynes sahəsi üzrə ixstisaslaşma sertifikatları
  • Qrafik Dziayner sahəsində iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dilini səlis bilməli, ingilis dili, rus dilini bilməsi arzu olunandır;
  • MS office biliyi, Qrafik dizayner sahəsi üzrə müvafiq proqram bilikləri və peşəkar istifadə və ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
  • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində "Qrafik dizayner" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

 Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

More jobs at Azerbaijan Automobiles

Jobs at Azerbaijan Automobiles