Camaşırxana üzrə Qrup Rəhbəri
Meysari Grand Hotel & SpaTeam leader job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 19, 2026
- Apply before
- November 18, 2026
- Category
- Hospitality & Tourism
About this job
Meysari Grand Hotel & Spa is hiring a team leader in Baku. Full-time. Apply directly to the employer.
İş yeri: Şamaxı rayonu — Meysari Grand Hotel & Spa
Meysari Grand Hotel & Spa camaşırxana komandasına rəhbərlik edəcək, gündəlik iş prosesinin vaxtında və yüksək keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin edəcək əməkdaş axtarır.
Əsas vəzifə öhdəlikləri
- Növbə ərzində iş bölgüsünü aparmaq, camaşırxana əməkdaşlarının fəaliyyətini koordinasiya etmək və komandaya gündəlik dəstək göstərmək;
- Ağartıların və uniforma geyimlərinin yuyulması, ütülənməsi, qatlanması və paylanmadan əvvəl keyfiyyətinə nəzarət etmək;
- Gündəlik iş axınını planlaşdırmaq, tapşırıqların vaxtında və müəyyən olunmuş standartlara uyğun icrasını təmin etmək;
- Camaşırxana avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, nasazlıqları vaxtında bildirmək;
- Kimyəvi vasitələrdən təhlükəsiz istifadəni, gigiyena və əməyin mühafizəsi qaydalarına riayəti təmin etmək;
- Ehtiyat materiallarının və ləvazimatların mövcudluğunu izləmək, sifarişlərin koordinasiyasında iştirak etmək;
- Gündəlik brifinqlər, növbə hesabatları və növbə təhvil-təslimini təşkil etmək;
- Yeni əməkdaşların işə uyğunlaşmasına, komandanın təliminə və fəaliyyətinin inkişafına dəstək olmaq.
Namizəd üçün arzuolunan keyfiyyətlər
- Camaşırxana əməliyyatları, xidmət keyfiyyəti və təhlükəsiz iş prinsipləri üzrə praktik bilik;
- Komandanı təşkil etmək, tapşırıqları bölüşdürmək və gündəlik proseslərə nəzarət etmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik, operativ qərarvermə və effektiv ünsiyyət bacarıqları;
- Otel və ya peşəkar camaşırxana sahəsində təcrübə üstünlükdür.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Laundry Team Leader” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.