Skip to content
GoJob
Back to jobs

Montajçı

Qartal Tikinti FirmasıInstaller job in Sumgait

Salary: from 1,000 ₼ / month

Location
Sumqayıt
Work mode
On-site
Employment type
Full time
Posted
November 19, 2026
Views
664
Applications
37
Apply before
December 19, 2026

About this job

Qartal Tikinti Firması is hiring an installer in Sumgait. Full-time, salary 1,000 AZN. Apply directly to the employer.

İşəgötürən: Qartal Tikinti Firması

Əmək haqqı: Vergilər çıxıldıqdan sonra 1000 AZN 

İş yeri: Qartal Tikinti Firmasının istehsalat sahəsi - Sumqayıt şəhər, Çerkassi küçəsi 220. və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri.

Tələblər:

  • Müxtəlif metal konstruksiyadan olan qurğularda montaj və demontaj işlərində ən azı 3 il iş təcrübəsi olmalı;
  • Qurğularda montajın texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli;
  • İşləri  təhlükəsiz  yerinə  yetirmək  üçün avadanlıqlarından və Fərdi Mühafizə Vasitələrindən istifadə  etməyi  bacarmalı;
  • İş Proseduru və Riski Dəyərləndirməni  başa  düşməli, tələbləri  həyata  keçirməlidir. 
  • Kəsici alətlər: rezak, laqonda işlədə bilməli;
  • Çertyoju oxumaq və ölçü işlərini sərbəst sürətdə bacarmalı;
  • İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
  • İşində dəqiq və məsuliyyətli olmalı;
  • Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.

İş haqqında məlumat:

  • Qurudakı və dənizdəki obyektlərdə metal konstruksiyanın montaj və demontaj işlərini yerinə yetirəcək. 
  • Qartal Tikinti Firmasının metal-konstruksiya sexində, Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal konstruksiyaları kəsib, qaynaq üçün hazırlayacaqdır;
  • Sifarişçinin obyektlərində  əvvəlcədən hazırlanmış  metal  konstruksiyaları sxemə  uyğun  quraşdıracaqdır. Metal kəsmə və sxemə uyğun montaj işlərini yerinə yetirməlidir.

İş şəraiti:

  • İş saatı 08:00-18:00-dək;
  • İstirahət günü - Bazar günləri; Bu normadan  əlavə  iş saatlarının  dəyəri bir iş gününün əmək haqqına əlavə ödəniləcəkdir.
  • İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir.
  • İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir;
  • İş görüləcək obyektlər əsasən Qartal Tikinti Firmasının metal konstruksiya sexi və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri.

CV-nizi Müraciət et düyməsində qeyd olunan email ünvanına, mövzu hissəsində montajçı yazmaqla göndərin. Əgər CV-niz yoxdursa aşağıda qeyd olunmuş əlaqə nömrəsinin whatsappına ad, soyad, yaşınız, yaşayış yeriniz, iş təcrübəniz (iş yeri və görülən işlər göstərilməklə), əldə etdiyiniz sertifikatlar, montajçı işiylə bağlı bacarıqlarınız və s. haqda məlumatlarınızı göndərin.

Əlaqə telefonu: +994 50 283 00 69 nömrəsinə müstəsna halda zəng edə bilərsiniz. 1-5-ci günlər Saat 9:00-18:00-a qədər. Whatsapp    nömrəsinə və e-mail adressinə göndərilən məlumatlar nəzərdən keçirildikdən sonra uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlaqələndirici şəxs: Ülkər Muradova

Telefon: +994 50 283 00 69

More jobs at Qartal Tikinti Firması

Jobs at Qartal Tikinti Firması