Restoran Direktoru
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- September 16, 2026
- Category
- Restaurants & Cafés
About this job
Ağ Şəhərdə yerləşən restoranımızın gündəlik fəaliyyətinin, xidmət və mətbəx proseslərinin, maliyyə göstəricilərinin və komandanın idarə edilməsinə cavabdeh olacaq Restoran Direktoru axtarılır.
Working conditions
- İş qrafiki: 6 günlük dəyişkən iş qrafiki
- İstirahət günü: həftədə 1 gün
- Nahar şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun razılaşma yolu ilə
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.
Requirements
- Restoran və ya qonaqpərvərlik sektorunda idarəçilik üzrə minimum 5 il iş təcrübəsi;
- Restoranın bütün əsas əməliyyat prosesləri haqqında praktiki bilik;
- Komanda idarəetməsi və liderlik bacarığı;
- Maliyyə göstəricilərini və restoran KPI-larını təhlil etmək bacarığı;
- Food cost, əmək xərcləri və ümumi restoran xərcləri barədə anlayış;
- Güclü təşkilatçılıq və problem həll etmə bacarığı;
- Stress altında və yüksək iş tempində effektiv işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
- Azərbaycan dili – əla, rus və/və ya ingilis dili – üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Liderlik və məsuliyyətlilik;
- Təşəbbüskarlıq və qərarvermə qabiliyyəti;
- Analitik düşüncə;
- Nəticəyönümlülük;
- Güclü kommunikasiya və komanda idarəetmə bacarığı;
- Operativlik və çeviklik.
Responsibilities
- Restoranın gündəlik əməliyyat fəaliyyətinə rəhbərlik etmək;
- Restoranın satış, gəlir, xərc və mənfəət göstəricilərinə nəzarət etmək;
- Mətbəx, zal, bar, anbar və inzibati bölmələrin fəaliyyətini koordinasiya etmək;
- İşçi heyətinin effektiv idarə olunmasını, iş bölgüsünü və əmək intizamını təmin etmək;
- Xidmət keyfiyyətinə və müştəri məmnuniyyətinə nəzarət etmək;
- Menyu, məhsul sərfiyyatı, food cost və digər əməliyyat göstəricilərinin izlənilməsini təmin etmək;
- Anbar, satınalma və məhsul hərəkəti proseslərinə nəzarət etmək;
- HACCP, sanitariya, əməyin mühafizəsi və daxili prosedurların icrasını təmin etmək;
- Restoranın satışlarının artırılması və xərclərin optimallaşdırılması üzrə tədbirlər hazırlamaq;
- Müştəri şikayət və təkliflərini təhlil etmək, operativ həll yolları müəyyənləşdirmək;
- İşçi heyətinin seçimi, adaptasiyası, təlimi və fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək;
- Rəhbərliyə mütəmadi olaraq restoranın fəaliyyəti barədə hesabatlar təqdim etmək;
- Restoranın strateji və operativ inkişaf planlarının hazırlanmasında iştirak etmək.