Tikinti meneceri
Modern Engineering Bureau of AzerbaijanSite manager job in Baku
Salary: No salary given
- Location
- Bakı, Xətai
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 29, 2026
- Apply before
- November 28, 2026
- Category
- Construction & Real Estate
About this job
Modern Engineering Bureau of Azerbaijan is hiring a site manager in Baku (Khatai district). Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Tikinti layihələrinin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərliyi həyata keçirmək;
- İnfrastruktur və kənd təsərrüfatı suvarma sistemləri (su kanalları, boru kəmərləri, hidrotexniki qurğular və s.) üzrə tikinti işlərini idarə etmək;
- Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və qüvvədə olan normativ tələblərə uyğun icrasını təmin etmək;
- Layihələrin təsdiq edilmiş iş qrafikinə, büdcəsinə və keyfiyyət standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin həcmini və keyfiyyətini yoxlamaq;
- Tikinti sahələrində işçi qüvvəsi, texnika, avadanlıq və material resurslarının səmərəli istifadəsini təşkil etmək;
- Tikinti sənədlərinin, icra aktlarının, Forma №2 və digər texniki hesabatların hazırlanmasına və yoxlanılmasına nəzarət etmək;
- Layihə üzrə yaranan texniki və təşkilati problemlərin operativ həllini təmin etmək;
- Tikinti sahələrində əməyin mühafizəsi, texniki və sənaye təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Layihələrin icra vəziyyəti və görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər
- İnşaat mühəndisliyi, hidrotexnika və ya müvafiq sahə üzrə ali təhsil;
- Tikinti sahəsində minimum 10 il idarəetmə təcrübəsi;
- İnfrastruktur, hidrotexniki qurğular və kənd təsərrüfatı suvarma sistemlərinin tikintisi üzrə praktiki iş təcrübəsi;
- Su kanalları, suvarma şəbəkələri, boru kəmərləri və digər mühəndis-kommunikasiya sistemlərinin tikintisi üzrə biliklər;
- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, dövlət tikinti normativləri (AzDTN), texniki şərtlər və standartlar üzrə biliklər;
- Tikinti sənədləşməsi, icra sənədləri, aktlar və Forma №2 sənədlərinin hazırlanması və yoxlanılması üzrə təcrübə;
- Tikinti layihələrinin planlaşdırılması, iş qrafiklərinin hazırlanması, büdcə və resursların idarə edilməsi bacarığı;
- AutoCAD, MS Office (xüsusilə Excel) və MS Project proqramlarında işləmək bacarığı;
- Podratçı və subpodratçıların işinin idarə edilməsi, komandaya rəhbərlik və koordinasiya bacarıqları;
- Analitik düşünmə, operativ qərarvermə və yüksək təşkilatçılıq qabiliyyəti;
- B kateqoriyalı sürücülük vəsiqəsi və regionlara, tikinti sahələrinə ezamiyyətlərə hazır olma
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
More jobs at Modern Engineering Bureau of Azerbaijan
Site manager job in BakuModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Document controller job in BakuModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Takelajçı job in BakuModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Welder job in BakuModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai