Skip to content
GoJob

SAT Math müəllimi

Okhu AcademySAT teacher job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 20, 2026
Apply before
November 19, 2026
Category
Education

Education jobs in Baku

About this job

Okhu Academy is hiring an SAT teacher in Baku. Full-time. Apply directly to the employer.

Ünvan: Bakı, Azərbaycan

OKHU Academy SAT Math üzrə müəllim axtarır. Tədrisi sevən və tələbələrin hədəflədikləri nəticələrə çatmasına məsuliyyətlə yanaşan namizədləri komandamıza dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Digital SAT Math üzrə planlı və tələbələrin səviyyəsinə uyğun dərslər keçmək.
  • Tədris materialları, praktiki tapşırıqlar və sınaq imtahanları hazırlamaq.
  • Riyazi anlayışları aydın izah etmək, effektiv həll üsullarını və vaxtın idarə olunmasını öyrətmək.
  • Tələbələrin nəticələrini təhlil etmək, zəif olduqları mövzuları müəyyənləşdirmək və irəliləyişlərini izləmək.
  • Dərs cədvəlini tələbələr və administrasiya ilə operativ razılaşdırmaq.
  • Cədvəli tələbələrə vaxtında təqdim etmək və dəyişikliklər barədə əvvəlcədən məlumat vermək.
  • Tələbələr və akademiya komandası ilə müntəzəm əlaqə saxlamaq.

Tələblər:

  • Digital SAT Math proqramını, sual tiplərini və imtahan formatını yaxşı bilmək.
  • Riyaziyyatı ingilis dilində tədris etmək bacarığı.
  • Desmos kalkulyatorundan istifadəni və onunla effektiv həll üsullarını izah edə bilmək.
  • Mövzuları aydın izah etmək və tələbələrə fərdi yanaşmaq bacarığı.
  • Məsuliyyətlilik, punktuallıq və təşkilatçılıq bacarığı.
  • SAT Math üzrə tədris təcrübəsinə və təsdiqlənmiş yüksək imtahan nəticəsinə üstünlük verilir

CV-nizi və tədris təcrübəniz haqqında qısa məlumatı WhatsApp vasitəsilə +994 51 553 81 88 nömrəsinə göndərin.

More jobs at Okhu Academy

Jobs at Okhu Academy