Təchizat Meneceri
CRM ConstructionProcurement manager job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 16, 2026
- Views
- 658
- Applications
- 39
- Apply before
- December 16, 2026
About this job
CRM Construction is hiring a procurement manager in Baku. Full-time. Apply directly to the employer.
CORE CONSTRUCTION MMC tikinti layihələri üzrə təchizat proseslərinin effektiv idarə olunması üçün komandamıza Təchizat Meneceri axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Tikinti layihələri üzrə material, avadanlıq və texniki vasitələrə olan tələbatın müəyyənləşdirilməsi;
- Təchizat planlarının hazırlanması və icrasına nəzarət;
- Yerli və xarici təchizatçılarla danışıqların aparılması;
- Qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
- Ən sərfəli qiymət və şərtlərlə satınalmaların təşkili;
- Sifarişlərin vaxtında çatdırılmasına nəzarət;
- Müqavilə, hesab-faktura və digər təchizat sənədlərinin hazırlanması və izlənilməsi;
- Anbar və tikinti sahələri ilə koordinasiyanın təmin edilməsi;
- Təchizat xərclərinin optimallaşdırılması.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, logistika, mühəndislik və ya müvafiq sahə);
- Tikinti sektorunda təchizat və satınalma üzrə iş təcrübəsi;
- Tikinti materialları və bazar qiymətləri haqqında biliklər;
- Danışıqlar aparmaq və analitik düşünmək bacarığı;
- MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.
CV-lərinizi mövzu hissəsində “Təchizat Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
CORE CONSTRUCTION MMC – Peşəkarlıq, keyfiyyət və etibarlılıq!