Təchizat üzrə mütəxəssis
Akad GroupProcurement specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 7, 2026
- Apply before
- November 6, 2026
- Category
- Logistics & Transport
About this job
Akad Group is hiring a procurement specialist in Baku. Full-time. Apply directly to the employer.
Namizədə aid tələblər:
- Ali təhsil;
- Azərbaycan,Rus və İngilis dillərini bilməsi;
- Microsoft Office proqramlarını bilməsi;
- Təchizat, satınalma və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
- Təchizat və satınalma prosesləri üzrə praktiki biliklər;
- Tikinti sahəsində təchizat və satınalma üzrə iş təcrübəsi;
- Danışıqlar aparmaq və təchizatçı münasibətlərini idarə etmək bacarığı;
- Analitik düşüncə və məsuliyyətlilik.
Əsas vəzifə və öhdəliklər:
- Tikinti layihələri üzrə təchizat proseslərinin təşkil və idarə edilməsi;
- Tikinti materialları, avadanlıq və digər zəruri məhsullar üzrə təchizatın təmin edilməsi;
- Yerli və xarici təchizatçıların araşdırılması və yeni təchizatçıların cəlb edilməsi;
- Qiymət və kommersiya təkliflərinin toplanması və müqayisə edilməsi;
- Təchizatçılarla danışıqların aparılması;
- Materialların layihə və texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
- Sifarişlərin verilməsi və çatdırılma prosesinin izlənilməsi;
- Müqavilə və satınalma sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması;
- Təchizat üzrə bazar araşdırmalarının aparılması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Sınaq müddəti- 3 ay;
- İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi;
- Əmək haqqı müsahibədə təcrübəyə əsasən təyin olunur
Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.