Satış meneceri
Camal LTDSales manager job in Baku
Salary: from 3,000 ₼ / month
- Location
- Bakı, Binəqədi
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- September 18, 2026
- Apply before
- November 6, 2026
- Category
- Sales
About this job
Camal LTD is hiring a sales manager in Baku (Binagadi district). Full-time, salary 3,000 AZN. Apply directly to the employer.
“CAMAL” LTD şirkəti HORECA satış istiqaməti üzrə Satış meneceri vəzifəsinə peşəkar və nəticəyönümlü namizəd axtarır.
Vəzifə öhdəlikləri
- HORECA satış istiqamətinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
- Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəticələri nəzarətdə saxlamaq;
- Yeni HORECA müştərilərinin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi;
- Restoran, kafe, otel və digər HORECA obyektləri ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək;
- Satış planlarının hazırlanması və nəticələrin mütəmadi təhlili;
- Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul/təkliflərin təqdim olunmasını təmin etmək;
- Komanda üzvlərinin fəaliyyət göstəricilərini qiymətləndirmək və satış effektivliyinin artırılması istiqamətində tədbirlər görmək;
- Müştəri şikayət və müraciətlərinin operativ şəkildə araşdırılmasını və həllini təmin etmək;
- Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Debitor borcların və ödəniş intizamının nəzarətdə saxlanılmasında iştirak etmək;
- Şirkətin satış siyasətinə və daxili prosedurlarına riayət olunmasını təmin etmək.
Namizədə tələblər
- Ali təhsil;
- HORECA, FMCG və ya satış sahəsində ən azı 5-10 il iş təcrübəsi;
- Satış komandasının idarə olunması üzrə təcrübə;
- HORECA bazarı və müştəri seqmentləri haqqında məlumatlılıq;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Komanda idarəetməsi və liderlik bacarığı;
- Analitik düşüncə və hesabatlarla işləmə bacarığı;
- Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü yanaşma;
- MS Office proqramlarında, xüsusilə 1 C proqramında işləmək bacarığı;
- Azərbaycan dilində və rus dilində səlis danışıq və yazı qabiliyyəti;
İş şəraiti
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 3000-3500 Azn (bonus)
- İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Horeca satış müdiri” yazmaqla müraciət edilir.