Sales Manager
TREVASales manager job in Baku
Salary: No salary given
About this job
TREVA is hiring a sales manager in Baku. Full-time. Apply directly to the employer.
İş şəraiti
- İş yeri: Bakı, Bayıl – Sabah Residence
- Məşğulluq növü: Tam ştat
- Əmək haqqı: Sabit aylıq əmək haqqı + satış bonusları
Hazırda satış komandamızı genişləndiririk və müştəri münasibətlərinin idarə olunması, daşınmaz əmlak layihələrinin təqdimatı və satış hədəflərinin həyata keçirilməsinə cavabdeh olacaq Sales Manager axtarırıq.
Vəzifə öhdəlikləri
- Daxil olan potensial müştəri müraciətlərinin (lead) operativ şəkildə cavablandırılması və idarə edilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun daşınmaz əmlak layihələrinin təqdim edilməsi;
- Müştərilərlə görüşlərin təşkili, layihə təqdimatlarının və satış danışıqlarının aparılması;
- Potensial müştərilərlə müntəzəm əlaqənin saxlanılması və satış prosesinin izlənilməsi;
- Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi;
- CRM sistemində müştəri məlumatlarının və satış mərhələlərinin mütəmadi yenilənməsi;
- Müəyyən edilmiş satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi;
- Komanda ilə koordinasiyalı şəkildə çalışaraq ümumi satış nəticələrinə töhfə verilməsi.
Namizədə tələblər
- Daşınmaz əmlak satışı sahəsində iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (ingilis dili biliyi üstünlükdür);
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun satış həlləri təklif etmək bacarığı;
- Potensial müştərilərlə effektiv işləmək və satış prosesini uğurla yekunlaşdırmaq bacarığı;
- Satış planları və KPI göstəriciləri ilə işləməyə hazırlıq;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Biz nə təklif edirik?
- Sabit aylıq əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
- Yüksək qazanc potensialı;
- Peşəkar satış komandasında inkişaf imkanları;
- Sistemləşdirilmiş satış prosesləri və CRM infrastrukturu;
- Karyera yüksəlişi imkanları;
- Dinamik və nəticəyönümlü iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sales Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.