Skip to content
GoJob

Satış meneceri

AloprintSales manager job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 1, 2026
Apply before
November 1, 2026
Category
Sales

Sales jobs in Baku

About this job

Aloprint is hiring a sales manager in Baku. Full-time. Apply directly to the employer.

AloPrint komandamıza satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.

Əgər müştəri bazası formalaşdırmaq, yeni müştərilər cəlb etmək və satış nəticələrini artırmaq sahəsində bacarıqlarınıza güvənirsinizsə, sizi komandamıza dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
  • Mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və satışların artırılması;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Telefon, WhatsApp, e-mail və digər kanallar vasitəsilə aktiv satışların həyata keçirilməsi;
  • Görüşlərin təşkili və müştəri danışıqlarının aparılması;
  • Satış prosesinin sifarişin tamamlanmasına qədər izlənilməsi;
  • Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin hesabatının aparılması.

Namizədə tələblər:

  • Mətbəə, promo məhsullar, reklam və ya çap sahəsində satış üzrə iş təcrübəsi — MÜTLƏQDİR;
  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • B2B satış və korporativ müştərilərlə işləmə bacarığı;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Yeni müştərilər tapmaq və aktiv satış həyata keçirmək bacarığı;
  • Nəticəyönümlü və məsuliyyətli yanaşma;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı.

İş şəraiti

  • İş yeri: Bakı, Babək pr. 64 
  • İş qrafiki: Tam iş günü ( I - V) 
  • Əmək Haqqı – Müsahibə əsasında

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Similar jobs