Skip to content
GoJob

Satış məsləhətçisi (Elektronika)

My Group Holding MMCSales consultant job in Baku

Salary: 600 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
August 24, 2026
Apply before
October 17, 2026
Category
Sales

Sales jobs in Baku

About this job

My Group Holding MMC is hiring a sales consultant in Baku. Full-time, salary 600 AZN. Apply directly to the employer.

Əmək haqqı: 600 AZN (+ bonus)

İş qrafiki: Növbəli iş qrafiki

İş yeri: Babək prospekti və Süleyman Vəzirov küçəsi kəsişməsi, Ağ Şəhər, City Park Mall

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi (City Park Mall)” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Vəzifə öhdəlikləri

  • Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması
  • Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək
  • Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək
  • Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək
  • Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq
  • Müştəri şikayət və sorğularını cavablandırmaq
  • Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək
  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək
  • Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq

Tələblər

  • Orta ixtisas təhsili
  • Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsinin olması arzuolunandır
  • Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq
  • Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilini bilmək üstünlükdür
  • 1C proqramında işləmə bacarığı
  • Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları
  • Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı
  • Problemləri həll etmə və qərarvermə bacarığı
  • Komanda ilə işləmə və təşəbbüskarlıq bacarığı

More jobs at My Group Holding MMC

Jobs at My Group Holding MMC