Skip to content
GoJob

Satış mütəxəssisi

İmplant S MMCSales specialist job in Baku

Salary: from 1,000 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 28, 2026
Apply before
November 27, 2026
Category
Sales

Sales jobs in Baku

About this job

İmplant S MMC is hiring a sales specialist in Baku. Full-time, salary 1,000 AZN. Apply directly to the employer.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü
  • Əməkhaqqı: Sabit əməkhaqqı 1000 AZN + satış nəticələrinə əsaslanan bonus

Şirkətimiz dünyanın aparıcı eşitmə texnologiyaları istehsalçılarına məxsus eşitmə cihazlarının Azərbaycan bazarında satışını və inkişafını həyata keçirir.

Komandamıza qoşulacaq, satış fəaliyyətinin genişləndirilməsində və yeni işgüzar əlaqələrin qurulmasında iştirak edəcək Satış mütəxəssisi axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Eşitmə cihazlarının satışını təşkil etmək və inkişaf etdirmək;
  • LOR həkimləri, audioloqlar, klinikalar, xəstəxanalar və digər tibb müəssisələri ilə işgüzar əlaqələr qurmaq;
  • Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əməkdaşlığı inkişaf etdirmək;
  • Müştərilərə məhsulların xüsusiyyətləri, üstünlükləri və texnoloji imkanları barədə məlumat vermək;
  • Məhsul təqdimatları və işgüzar görüşlər keçirmək;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsulların seçilməsinə dəstək olmaq;
  • Satış planını yerinə yetirmək və yeni satış imkanları yaratmaq;
  • Bazar və rəqiblər haqqında məlumat toplamaq, satış nəticələrini təhlil etmək;
  • Müştəri məlumatlarını və satış fəaliyyətini müvafiq qaydada qeydiyyata almaq;
  • Müntəzəm satış hesabatları hazırlamaq.

Namizədə dair tələblər

  • Ali təhsil;
  • Tibbi avadanlıqların, tibbi məhsulların və ya əczaçılıq məhsullarının satışında iş təcrübəsi;
  • Satış və danışıqlar aparmaq bacarığı;
  • Müştərilərlə peşəkar və uzunmüddətli münasibətlər qurmaq bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları;
  • Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyət;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan və Rus dillərində səlis danışıq və yazı bacarığı;
  • İngilis dili biliyi üstünlükdür;
  • İşgüzar görüşlər üçün şəhərdaxili səfərlərə və zərurət yarandıqda regionlara ezamiyyətə hazır olmaq.

İş şəraiti və imkanlar

  • Sabit əməkhaqqı və satış nəticələrinə uyğun əlavə bonus;
  • Beynəlxalq səviyyədə tanınan brendlər ilə işləmək imkanı;
  • Məhsullar və müasir eşitmə texnologiyaları üzrə peşəkar təlim;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Sahə və ofis satışlarını əhatə edən dinamik iş mühiti;
  • Yeni müştərilərin cəlb edilməsində və satış strategiyasının inkişafında iştirak.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Satış mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Similar jobs