Satış Müdiri
Business Service Centre LTDHead of sales job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 9, 2026
- Apply before
- December 9, 2026
- Category
- Sales & Retail
About this job
Business Service Centre LTD is hiring a head of sales in Baku. Full-time. Apply directly to the employer.
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud satış potensialının genişləndirilməsi məqsədilə təcrübəli Satış Müdiri axtarır.
Əsas vəzifə və öhdəliklər
- Müəssisənin satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
- Yeni korporativ müştərilərin və biznes tərəfdaşlarının cəlb edilməsi;
- İstehsalat, sənaye, tikinti və digər biznes sektorlarında müştəri əlaqələrinin inkişaf etdirilməsi;
- B2B satış kanallarının genişləndirilməsi;
- Potensial müştərilərlə danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması;
- Satış planlarının və gəlir hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət;
- Müştəri portfelinin formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
- Satış komandasının idarə edilməsi və fəaliyyətinin qiymətləndirilməsi;
- Bazarın, rəqiblərin və müştəri tələbatının təhlili.
Namizədə tələblər
- Satış sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 2 il təcrübə;
- İstehsalat, sənaye, tikinti və ya korporativ satış sahəsində təcrübə;
- Tikinti müəssisələri, iri şirkətlər və korporativ müştərilər arasında formalaşmış işgüzar əlaqələrə malik olmaq;
- Yeni müştərilərin cəlb edilməsi və satış kanallarının yaradılması bacarığı;
- Danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması bacarığı;
- Satış komandasını idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq qabiliyyəti;
- Analitik düşüncə və nəticəyönümlülük.
Biz nə təklif edirik?
- Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
- İdarəetmə və qərarvermə səlahiyyəti;
- Peşəkar inkişaf və karyera imkanları;
- İnkişaf potensialı olan istehsalat müəssisəsində rəhbər vəzifə.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.