Skip to content
GoJob

Sayt Etibarlılığı üzrə Mühəndis (SRE)

NBCO KredAqroSayt etibarlılığı üzrə mühəndis job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 23, 2026
Apply before
November 22, 2026

Information Technology jobs in Baku

About this job

NBCO KredAqro is hiring for the role “Sayt Etibarlılığı üzrə Mühəndis” in Baku. Full-time. Apply directly to the employer.

DevOps və ya Linux sistemlərinin administrasiyası sahəsində 1–2 il iş təcrübəsi olan, infrastrukturun və tətbiqlərin sabitliyinin, etibarlılığının və məhsuldarlığının təmin edilməsinə dəstək göstərəcək *Site Reliability Engineer (SRE)* axtarırıq.

Əsas vəzifələr:

  • Linux serverlərinin idarə edilməsi və texniki dəstəyinin təmin olunması.
  • Tətbiqlərin və infrastrukturun fasiləsiz və sabit fəaliyyətinin təmin edilməsi.
  • PostgreSQL ilə işləmək: monitorinq, texniki xidmət və yaranan problemlərin aradan qaldırılması.
  • .NET tətbiqlərinin yerləşdirilməsi (deployment) və müşayiət olunması prosesində iştirak.
  • Nginx və HAProxy-nin konfiqurasiyası və dəstəklənməsi.
  • Docker və virtuallaşdırılmış mühitlərlə işləmək.
  • Ansible və skriptlər vasitəsilə gündəlik işlərin avtomatlaşdırılması.
  • Grafana və Prometheus vasitəsilə monitorinq sistemlərinin qurulması və dəstəklənməsi.
  • CI/CD proseslərinin inkişafı və dəstəklənməsində iştirak.

Namizədə dair tələblər:

  • DevOps və ya Linux sistemlərinin administrasiyası sahəsində 1–2 il iş təcrübəsi.
  • Linux əməliyyat sistemi üzrə yaxşı biliklər.
  • PostgreSQL ilə praktiki iş təcrübəsi.
  • .NET tətbiqlərinin iş prinsiplərini, yerləşdirilməsini və müşayiət olunmasını anlamaq.
  • Nginx və HAProxy ilə, o cümlədən reverse proxy və load balancing sahəsində iş təcrübəsi.
  • Docker və virtuallaşdırma texnologiyaları ilə praktiki iş təcrübəsi.
  • Proseslərin avtomatlaşdırılması üçün Ansible-dan istifadə təcrübəsi.
  • Bash və ya PowerShell dillərində skript yazmaq bacarığı.
  • Grafana və Prometheus monitorinq alətləri ilə tanışlıq.
  • Git və CI/CD prosesləri haqqında baza bilikləri.

Əlavə üstünlük hesab olunur:

  • MS SQL Server ilə iş təcrübəsi.
  • PostgreSQL üzrə daha dərin biliklər, o cümlədən məhsuldarlığın optimallaşdırılması və problemlərin diaqnostikası bacarığı.
  • İnfrastrukturun avtomatlaşdırılması və tətbiqlərin yerləşdirilməsi proseslərinin optimallaşdırılması sahəsində təcrübə.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at NBCO KredAqro

Jobs at NBCO KredAqro