SƏTƏM Bölmə Müdiri
Veysəloğlu-RossmannHSE specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- August 24, 2026
- Apply before
- September 24, 2026
- Category
- Engineering
About this job
Veysəloğlu-Rossmann is hiring an HSE specialist in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- Müəssisədə SƏTƏM fəaliyyətini təşkil etmək, idarə etmək və əlaqələndirmək
- Müəssisənin mağazaları, anbar və logistika obyektlərində SƏTƏM tələblərinin icrasına nəzarət etmək
- Azərbaycan Respublikasının SƏTƏM üzrə qanunvericiliyinə və normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
- SƏTƏM risklərini qiymətləndirmək, risklərin azaldılması üzrə tədbirləri hazırlamaq və icrasına nəzarət etmək
- Müntəzəm SƏTƏM yoxlamalarının və daxili auditləri təşkil etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək
- Bədbəxt hadisə, insident və qəza hallarının araşdırılmasını təşkil etmək, səbəblərin təhlili və qabaqlayıcı tədbirləri hazırlamaq;
- İşçiləri SƏTƏM üzrə təlimatlandırmaq, biliklərini yoxlamaq və təlim prosesini koordinasiya etmək;
- Yanğın təhlükəsizliyi, təxliyə, elektrik təhlükəsizliyi, iş yerlərinin təhlükəsizliyi və sanitar-gigiyenik vəziyyətə nəzarət etmək;
- Pərakəndə satış mağazalarında müştəri və əməkdaşların təhlükəsizliyinin təmin olunması üzrə tədbirləri təşkil etmək;
- Mağaza və anbarlarda rəf sistemləri, avadanlıqlar, yükləmə-boşaltma və digər əməliyyatlarla bağlı riskləri idarə etmək;
- Podratçı və üçüncü tərəflərin SƏTƏM tələblərinə uyğun fəaliyyətinə nəzarət etmək;
- Dövlət qurumları tərəfindən keçirilən yoxlamaların koordinasiyası, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət etmək
- SƏTƏM üzrə statistik məlumatların, aylıq və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- SƏTƏM üzrə illik fəaliyyət və təlim planlarını hazırlamaq
- SƏTƏM komandasının fəaliyyətini idarə etmək və əməkdaşlar arasında iş bölgüsünü aparmaq;
- Müəssisədə SƏTƏM mədəniyyətini inkişaf etdirmək və təhlükəsiz iş mühitini formalaşdırmaq;
- Müəssisə rəhbərinin və funksional rəhbərin tapşırıqlarını icra etmək və görülmüş işlər barədə birbaşa hesabat vermək.
- FHN və digər qurumlar tərəfindən açılmış yoxlamaları izləmək, yoxlamaya hazırlıq prosesinə nəzarət və müxtəlif Dövlət qurumlarında şirkəti rəsmi olaraq təmsil etmək.
Namizədə tələblər:
- Ali təhsil (Texniki sahə üzrə)
- Retail sahəsində 3-5 il iş təcrübəsi
- Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə biliklər.
- Yaxşı ünsiyyət və komandada işləmək bacarığı.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SƏTƏM Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər