SƏTƏM üzrə mütəxəssis
Grand - Agro İnvitroHSE specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 13, 2026
- Apply before
- November 12, 2026
- Category
- Engineering & Technical
About this job
Grand - Agro İnvitro is hiring an HSE specialist in Baku. Full-time. Apply directly to the employer.
Grand Agro Invitro MMC SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
- Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin və daxili qaydaların icrasına nəzarət etmək;
- İstehsalat, laboratoriya, istixana və digər iş sahələrində təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- İş yerlərində riskləri qiymətləndirmək, təhlükələri müəyyən etmək və onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq;
- İşçilər üçün ilkin, təkrar və növbədənkənar təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq sənədləşməni aparmaq;
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
- İstehsalatda baş verən bədbəxt hadisələrin və təhlükəli halların araşdırılmasında iştirak etmək, qabaqlayıcı tədbirlər hazırlamaq;
- Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
- Kimyəvi maddələrin saxlanılması, istifadəsi və utilizasiyası zamanı təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- SƏTƏM üzrə mütəmadi yoxlamalar aparmaq, uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq;
- SƏTƏM sənədlərini, təlimatlandırma jurnallarını və yoxlama aktlarını hazırlamaq və aktual saxlamaq.
Namizədə tələblər
- Ali təhsil (müvafiq sahə üzrə təhsilə üstünlük verilir);
- SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə normativ tələblərini bilmək;
- İstehsalat, istixana və laboratoriya mühitində iş təcrübəsi üstünlükdür;
- Risklərin qiymətləndirilməsi və təhlükəsizlik yoxlamalarının aparılması üzrə praktiki biliklər;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, təşəbbüskarlıq və effektiv ünsiyyət bacarığı;
- SƏTƏM üzrə müvafiq sertifikatların olması üstünlükdür.
Şirkət tərəfindən təklif olunur
- 5 günlük iş həftəsi;
- Peşəkar inkişaf imkanları;
- “20 Yanvar” və “Koroğlu” metro stansiyalarından servis xidməti;
- Şirkət hesabına gündəlik nahar;
- Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
İş yeri və müraciət qaydası
- İş yeri: Bakı şəhəri, Türkan qəsəbəsi
- İş qrafiki: 5 günlük iş həftəsi
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sətəm üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.