Smeta mühəndisi (Cost Estimator / Quantity Surveyor)
Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASCCost estimator job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 5, 2026
- Apply before
- November 4, 2026
- Category
- Engineering
About this job
Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC is hiring a cost estimator in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinin (cizgilər, spesifikasiyalar) təhlili və smetaların tərtib edilməsi;
- Tikinti-quraşdırma işləri üzrə Method Statement (İşlərin icra metodikası və texnoloji ardıcıllıq planı) sənədlərinin hazırlanması;
- AutoCAD cizgiləri əsasında iş və material həcmlərinin (BoQ – Bill of Quantities) dəqiq hesablanması;
- Forma №2, Forma №3 və aylıq icra aktlarının hazırlanması, yoxlanılması və təsdiqi;
- Bazar qiymətləri, resurslar və tikinti metodologiyası əsasında layihənin maya dəyərinin (cost estimation) çıxarılması;
- Subpodratçı və təchizatçıların qiymət təkliflərinin, smeta və aktlarının təhlili;
- Layihə dəyişiklikləri zamanı əlavə iş həcmlərinin (Variation Orders) vaxtında hesablanması və əsaslandırılması.
Tələblər:
- Təhsil: İnşaat mühəndisliyi və ya texniki sahədə ali təhsil;
- İş təcrübəsi: Tikinti və ya mühəndislik layihələrində smeta / sahə mühəndisliyi üzrə minimum 3 il təcrübə;
- Texniki bacarıqlar: Tikinti texnologiyalarını dərindən bilmək, sərbəst şəkildə Method Statement tərtib etmək bacarığı;
- Proqram bilikləri: MS Excel (mükəmməl səviyyədə — mürəkkəb formullar, həcm cədvəlləri), AutoCAD (həcmləri çıxarmaq və layihəni oxumaq üçün);
- Yerli tikinti norma və standartlarını (AzDTN) bilmək;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili, İngilis dili (Method Statement və beynəlxalq standartlı sənədlər üçün arzuolunandır).
İş şəraiti:
- İş qrafiki: I–V günlər, 09:00 – 18:00;
- Əməkhaqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara uyğun);
- Ünvan: Qurban Xəlilov 8.
CV-nizi mövzu hissəsində «Smeta mühəndisi» qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.