Skip to content
GoJob

Təcrübə Proqramı: SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi

Titan GroupSMM manager job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 30, 2026
Apply before
November 29, 2026
Category
Marketing

Marketing jobs in Baku

About this job

Titan Group is hiring an SMM manager in Baku. Full-time. Apply directly to the employer.

Titan Group komandası sosial media idarəçiliyi və peşəkar foto-video çəkiliş sahəsində inkişaf etmək istəyən, kreativ, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri təcrübə proqramına dəvət edir. Proqram çərçivəsində iştirakçılar real iş mühitində çalışaraq SMM, foto-video çəkiliş və kontent hazırlanması sahəsində praktiki bilik və bacarıqlar əldə etmək imkanı qazanacaqlar.

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin sosial media hesabları üçün kontentlərin hazırlanmasında iştirak etmək;
  • Peşəkar Canon kamera vasitəsilə məhsul və şirkət çəkilişlərini həyata keçirmək;
  • Foto və video çəkilişlərinin hazırlanması və təşkilində iştirak etmək;
  • Instagram Reels, TikTok və digər sosial media platformaları üçün video kontentlər hazırlamaq;
  • Çəkilmiş foto və videoların montajını həyata keçirmək;
  • Sosial media üçün kreativ kontent ideyaları təklif etmək;
  • Sosial media trendlərini izləmək və yeni formatları tətbiq etmək;
  • Kontent planının hazırlanması və icrasında iştirak etmək.

Namizədə dair tələblər:

  • SMM və foto-video kontent sahəsinə maraq;
  • Foto və video çəkilişlərinə həvəs və bu sahədə inkişaf istəyi;
  • Peşəkar kamera ilə işləməyi öyrənməyə maraq;
  • CapCut, Adobe Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığının olması üstünlükdür;
  • Instagram və TikTok platformalarını yaxşı tanımaq;
  • Kreativ düşüncə və estetik baxışa malik olmaq;
  • Öyrənməyə və peşəkar inkişafa yüksək motivasiya;
  • Komanda ilə işləmək bacarığı.

Təcrübə proqramının şərtləri:

  • Müddət: İlk 2 ay ödənişsiz təcrübə proqramı;
  • Praktiki təcrübə: Peşəkar Canon kamera ilə real çəkiliş proseslərində iştirak;
  • İnkişaf imkanları: SMM, foto-video çəkiliş və kontent hazırlanması sahəsində praktiki bilik və bacarıqların əldə edilməsi;
  • İşə qəbul imkanı: Təcrübə proqramını uğurla tamamlayan namizədin şirkətdə 500 AZN başlanğıc əmək haqqı ilə işə qəbul olunma imkanı;
  • Nahar: Şirkət tərəfindən təmin olunur;
  • Servis: Yeni suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.

İş qrafiki və ünvan:

  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
  • İş ünvanı: Binə qəsəbəsi.

Təcrübə proqramında iştirak etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur:

“SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi – Təcrübə Proqramı”

More jobs at Titan Group

Jobs at Titan Group