İstehsalat şöbə müdiri
OBA marketlər şəbəkəsiHead of department job in Baku
Salary: No salary given
- Location
- Bakı, Xətai
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 19, 2026
- Views
- 678
- Applications
- 52
- Apply before
- December 19, 2026
- Category
- Sales & Retail
About this job
OBA marketlər şəbəkəsi is hiring a head of department in Baku (Khatai district). Full-time. Apply directly to the employer.
Təsvir
- İstehsalat proseslərinin effektiv idarə edilməsini, fasiləsizliyini və müəyyən edilmiş standartlara uyğun icrasını təmin etmək;
- Məhsul kateqoriyalarının inkişaf strategiyasını hazırlamaq və məhsul portfelinin optimallaşdırılmasını həyata keçirmək;
- Yeni məhsulların hazırlanması, resepturaların və texniki spesifikasiyaların formalaşdırılması prosesinə rəhbərlik etmək;
- Məhsulların keyfiyyət, dad, görünüş və təqdimat standartlarına uyğunluğuna nəzarət etmək;
- Qida təhlükəsizliyi, sanitariya-gigiyena və AQTA tələblərinin tətbiqini təmin etmək;
- İstehsalat xərclərini, xammal sərfiyyatını və məhsul itkilərini təhlil edərək optimallaşdırma tədbirləri həyata keçirmək;
- Təchizat, satınalma və satış komandaları ilə koordinasiyalı əməkdaşlığı təmin etmək;
- Satış göstəricilərini və istehlakçı tələbatını təhlil edərək məhsul çeşidi və istehsal həcmləri üzrə təkliflər hazırlamaq;
- İstehsalat heyətinin fəaliyyətini idarə etmək, iş bölgüsünü və performans qiymətləndirilməsini təşkil etmək;
- Şöbənin fəaliyyət nəticələrini və əsas performans göstəricilərini (KPI) təhlil edərək rəhbərliyə hesabat təqdim etmək.
Tələblər
- Qida mühəndisliyi, Qida texnologiyaları, Kimya mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- İstehsalat və ya qida sənayesi sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi;
- İstehsalat proseslərinin təşkili və idarə edilməsi üzrə praktiki biliklər;
- Qida təhlükəsizliyi, HACCP, GMP və keyfiyyət standartları üzrə biliklər;
- Məhsul resepturalarının hazırlanması, maya dəyərinin hesablanması və xammal sərfiyyatının idarə edilməsi üzrə təcrübə;
- İstehsalat göstəricilərinin təhlili və proseslərin optimallaşdırılması bacarığı;
- Liderlik, analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.