Stok Kontroller
Heydər Əliyev adına Müasir Təhsil KompleksiStok kontroller job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 13, 2026
- Apply before
- December 13, 2026
About this job
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi is hiring for the role “Stok Kontroller” in Baku. Full-time. Apply directly to the employer.
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Tələblər:
- Ali təhsil(Logistika, Təchizat, Anbar təsərrüfatı, Mühasibat uçotu və ya müvafiq sahələr üzrə təhsil üstünlükdür);
- Anbar təsərrüfatı, stokun idarə edilməsi və ya material uçotu sahəsində minimum 2 il iş təcrübəsi;
- Anbar uçotu, mal-materialların qəbulu, saxlanılması və təhvil verilməsi prosesləri üzrə biliklər;
- İnventarizasiya və stok qalıqlarının yoxlanılması üzrə praktiki bacarıqlar;
- Mal və materialların sənədlərinin (qaimə, təhvil-təslim aktı, sifariş sənədləri və s.) yoxlanılması və düzgün rəsmiləşdirilməsi bacarığı;
- MS Excel proqramı ilə işləmək bacarığı (stok hesabatlarının hazırlanması və məlumatların qeydiyyatı);
- Anbar uçotu və ya ERP proqramları ilə işləmək təcrübəsi üstünlükdür;
- Analitik düşünmə, diqqətlilik və detallara yüksək həssaslıq;
- Planlaşdırma, təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı;
- Komandada işləmək və digər struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı;
- Məsuliyyətlilik, dürüstlük və etibarlılıq.
Öhdəliklər:
- Anbar uçotunun təşkil olunmasını həyata keçirmək
- Anbarda mövcud olan əmlakı qorumaq
- Anbarda mövcud olan materiallarla bağlı operativ olaraq rəhbərliyə məlumatları təqdim etmək və inventarizasiyanı aparmaq
- Anbarda mal və materiallar məhdud olan zaman sifarişi vaxtında hazırlamaq və Təchizat üzrə koordinatora sifarişi təqdim etmək
- Satıcı (Vendor) şirkətlərdən gələn mal və materialların sənədlərini yoxlamaq
- Mal və materialları fiziki olaraq yoxlamaq və kodlaşdırmaq
- Sifarişçi tərəfindən sifariş edilmiş mal və materialların vaxtında sifarişçiyə təhvil verilməsinə nəzarət etmək
Biz təklif edirik:
- Rəqabətədavamlı əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər. E-poçtun mövzu hissəsində “Stok Kontroller” vəzifəsini qeyd etməyiniz xahiş olunur.