Skip to content
GoJob
Back to jobs

İşə qəbul üzrə təcrübəçi

Kontakt HomeIntern job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Internship
Posted
November 19, 2026
Views
664
Applications
26
Apply before
December 19, 2026

Sales & Retail jobs in Baku

About this job

Kontakt Home is hiring an intern in Baku. Internship. Apply directly to the employer.

Təsvir

  • İşə qəbul prosesinin müxtəlif mərhələlərində dəstək göstərilməsi;
  • Vakansiyaların müvafiq platformalarda yerləşdirilməsi və namizədlərin axtarış prosesində iştirak edilməsi;
  • Namizədlərin ilkin qiymətləndirilməsi və vakansiya tələblərinə uyğun namizədlərin müəyyənləşdirilməsinə dəstək göstərilməsi;
  • Namizədlərlə ilkin əlaqənin yaradılması, müsahibələrin planlaşdırılması və koordinasiyası;
  • Namizəd bazasının və ATS sistemindəki məlumatların mütəmadi olaraq yenilənməsi;
  • Müsahibə və qiymətləndirmə proseslərinin təşkilində iştirak edilməsi;
  • İşə qəbul üzrə hesabatların hazırlanmasına dəstək göstərilməsi;
  • İşə qəbul şöbəsinin gündəlik fəaliyyətində və digər HR layihələrinin həyata keçirilməsində iştirak edilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftədə 5 iş günü;
  • İş rejimi: Part-time (natamam iş günü).

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Psixologiya və ya əlaqəli sahələr);
  • İşə qəbul sahəsinə və İnsan Resursları istiqamətində karyera qurmağa yüksək maraq;
  • Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
  • Öyrənməyə və peşəkar inkişafa yüksək motivasiya;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, rus və ya ingilis dillərindən ən azı birini yüksək səviyyədə yazılı və şifahi bilmək;
  • MS Office proqramlarından yaxşı istifadə bacarığı;
  • Dinamik iş mühitində işləmək və bir neçə tapşırığı paralel idarə etmək bacarığı.

Qeyd: Təcrübə proqramının müddəti 3 aydır və ödənişlidir. Proqrama yalnız bakalavriat üzrə sonuncu kurs tələbələri və magistratura üzrə I–II kurs tələbələri müraciət edə bilərlər.

Vakansiya növü - Yarım ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

More jobs at Kontakt Home

Jobs at Kontakt Home