Hesabatlılıq şöbəsinin təcrübəçisi
UnicapitalIntern job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 13, 2026
- Apply before
- November 12, 2026
- Category
- Finance & Banking
About this job
Unicapital is hiring an intern in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Maliyyə məlumatlarının toplanması, sistemləşdirilməsi və düzgünlüyünün yoxlanılmasına dəstək göstərmək;
- Balans hesabatı (BS), mənfəət və zərər hesabatı (P&L) və pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması prosesində iştirak etmək;
- Microsoft Excel vasitəsilə maliyyə məlumatlarını emal etmək və hesabatların hazırlanmasına dəstək göstərmək;
- Faktiki maliyyə göstəricilərinin büdcə göstəriciləri ilə müqayisəli təhlilində iştirak etmək;
- Daxili idarəetmə və requlyativ hesabatların hazırlanması üçün zəruri məlumatları toplamaq və sistemləşdirmək;
- Məhsullar və satış kanalları üzrə maliyyə göstəricilərinin təhlilinə dəstək göstərmək;
- Daxili və kənar audit prosesləri çərçivəsində tələb olunan məlumatların hazırlanmasında iştirak etmək;
- Hesabatlarda məlumatların tamlığına, düzgünlüyünə və ardıcıllığına nəzarət etmək;
- Hesabatların avtomatlaşdırılması və iş proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Vəzifə üzrə tələblər
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil almaq və ya sonuncu kurs tələbəsi olmaq;
- Mühasibat uçotu və maliyyə hesabatları üzrə biliklərə malik olmaq;
- Microsoft Excel proqramı üzrə biliklərinə malik olmaq;
- Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və detallara həssas yanaşma;
- Komandada işləmək və yeni bilikləri mənimsəmək bacarığı;
- Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq.
- IFRS üzrə biliklərə malik olmaq üstünlükdür;
- İngilis dili biliyi üstünlükdür;
- Maliyyə hesabatlarının hazırlanması və Excel ilə işləmək üzrə praktiki təcrübəyə malik olmaq üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.