Texnik-elektronçu
OmnitechTechnician job in Baku
Salary: from 1,200 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 11, 2026
- Apply before
- December 11, 2026
- Category
- Engineering & Technical
About this job
Omnitech is hiring a technician in Baku. Full-time, salary 1,200 AZN. Apply directly to the employer.
İş şəraiti
- Əməkhaqqı: Başlanğıc 1200 AZN
- Ünvan: Bakı şəhəri
- İş ünvanı: Əhməd Rəcəbli küçəsi 2/26
- İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00
"OMNITECH" MMC komandası Kassa aparatlarının və digər elektron avadanlıqların diaqnostikası və təmiri sahəsində təcrübəli və məsuliyyətli Texnik-elektronçu axtarırıq.
Vəzifə öhdəlikləri:
- Avadanlıqların təmiri: Kassa aparatlarının və digər elektron avadanlıqların sökülməsi, yığılması və təmiri.
- Diaqnostika: Elektron platalarda, qida, enerji təchizatı və şarj dövrələrində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.
- Komponentlərin dəyişdirilməsi: Elektron komponentlərin yoxlanılması və yenilənməsi.
- Lehimləmə işləri: Lehimləmə və elektron platalar üzərində təmir işlərinin aparılması.
- Test mərhələsi: Təmir edilmiş avadanlıqların tam saz vəziyyətdə yoxlanılması və test edilməsi.
Namizədə dair tələblər:
- Nəzəri biliklər: Elektronika və elektron plataların iş prinsipləri haqqında bilik.
- Cihazlarla iş bacarığı: Lehimləmə, termohava lehimləmə stansiyası, multimetr və digər ölçü cihazlarından sərbəst istifadə bacarığı.
- Praktiki təcrübə: SMD komponentlərin, mikrosxemlərin və konnektorların dəyişdirilməsi üzrə praktiki bacarıq və elektron avadanlıqların təmiri sahəsində iş təcrübəsi.
- Şəxsi keyfiyyətlər: Texniki nasazlıqları müstəqil müəyyən etmək bacarığı, məsuliyyət, diqqətlilik və səliqəlilik.
- Yaş tələbi: 25–35 yaş.
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.
E-mail-in mövzu hissəsində “Texnik-Elektronçu” qeyd olunmalıdır
Telefon: (012) 310-17-11