Texniki ofis mühəndisi
AZCD GroupTechnical office engineer job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 7, 2026
- Apply before
- November 6, 2026
- Category
- Engineering
About this job
AZCD Group is hiring a technical office engineer in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- Layihənin icra prosesində sahədə görülmüş fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma 2 və Forma 3) hazırlanıb, təsdiq edilməsi prosesinin təmin edilməsi;
- Sahədə podratçı təşkilatların görmüş olduğu fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma 2 və Forma 3) təsdiqlənmiş smeta sənədləri üzrə uyğunluğunu yoxlayıb, reyestrin aparılması;
- Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənəd və materiallarla təmin edilməsi;
- Tikinti üzrə sənədləşmənin qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş metodologiyasının hazırlanıb tətbiq edilməsi;
- Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
- Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək;
- Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
- Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini izləmək;
- Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək;
- İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
- Texniki ofis üzrə siyasət və prosedurların həyata keçirilməsində iştirak etmək;
- Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn çertyojları, BOQ və s.);
- Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək;
- Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə rəhbərinə təhvil verilməsi.
Tələblər:
- Layihə sənədlərini (baş plan, kəsik və detallar) oxumaq və iş həcmlərini çertyojlar üzrə hesablamaq
- Smeta hesablamaları, iş həcmləri cədvəlləri və görülmüş işlərin aktlarının hazırlanması
- İcra sənədləri: gizli işlər aktları, keyfiyyət sənədləri, material sertifikatları və laboratoriya nəticələri
- Material və resurs uçotu, subpodratçıların hesabatlarının yoxlanılması
- Azərbaycan Respublikasının tikinti normativ sənədlərini (ŞNQ) bilmək bacarığı.
- Geodeziya və vertikal planlaşdırma məlumatlarını başa düşmək, ölçmə nəticələrinin layihə ilə uyğunluğunu yoxlamaq
- AutoCAD (həcmlərin çıxarılması üçün), MS Excel (əsas səviyyədən yuxarı), MS Word, MS Project (üstünlükdür)
- İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 5+ il sahə təcrübəsi;
İş şəraiti
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı;
- Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
- İş qrafiki: Tam iş günü;
- İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.