Kolbasa istehsalı üzrə usta və operator
QaymaqCraftsman job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 20, 2026
- Views
- 682
- Applications
- 49
- Apply before
- December 20, 2026
- Category
- Labour & Trades
About this job
Qaymaq is hiring a craftsman in Baku. Full-time. Apply directly to the employer.
Qaymaq Premium yeni istehsalat istiqamətinin genişləndirilməsi və peşəkar komandanın formalaşdırılması çərçivəsində kolbasa istehsalı sahəsində təcrübəli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Kolbasa və ət məhsullarının istehsal prosesində iştirak etmək;
- Ət xammalının ilkin emalı, çeşidlənməsi və hazırlanmasını həyata keçirmək;
- Qiymənin hazırlanması, qarışdırılması və emalı proseslərini bilmək;
- Kolbasa kütləsinin doldurulması və klipslənməsi proseslərini həyata keçirmək;
- Bişirmə, hisəvermə, soyutma və digər texnoloji mərhələlərdə iştirak etmək;
- İstehsalat avadanlıqlarının düzgün istismarını təmin etmək;
- Məhsulun keyfiyyətinə və texnoloji tələblərə uyğunluğuna nəzarət etmək;
- Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək.
Namizədlərə tələblər:
- Məhz kolbasa və ət məhsulları istehsalı sahəsində iş təcrübəsinin olması;
- Kolbasa istehsalının müxtəlif mərhələləri üzrə praktiki bilik və bacarıqlara malik olmaq;
- İstehsalat avadanlıqları ilə işləmək təcrübəsi;
- Müxtəlif növ kolbasa məhsullarının hazırlanması üzrə təcrübə;
- Azərbaycan və Rus dilini bilmək;
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri Binəqədi yolu 100
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir;
- Rəsmi əmək müqaviləsi.
- Nahar şirkət tərəfindən təmin edilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 0552531364