Təkər düzlüyü və balanslaşdırma üzrə usta
BYD Motors Baku MMCCraftsman job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 8, 2026
- Apply before
- November 7, 2026
- Category
- Engineering
About this job
BYD Motors Baku MMC is hiring a craftsman in Baku. Full-time. Apply directly to the employer.
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri
Vəzifə öhdəlikləri:
- Avtomobillərin təkər düzülüşünün (razval-konvergensiya) yoxlanılması və tənzimlənməsi;
- Təkərlərin balanslaşdırılması;
- Müasir razval-balans avadanlıqları vasitəsilə ölçmə və tənzimləmə işlərinin aparılması;
- Təkər, disk, asqı və sükan sistemlərinin texniki vəziyyətinin yoxlanılması;
- Təkərlərin qeyri-bərabər yeyilməsinin səbəblərinin müəyyən edilməsi;
- Təkər və asqı sistemlərində aşkar edilmiş nasazlıqlar barədə məlumat verilməsi;
- Tənzimləmə işlərindən sonra nəticələrin yoxlanılması;
- Görülən işlərin istehsalçı standartlarına uyğun həyata keçirilməsi.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
- Razval-balans avadanlıqları ilə işləmək üzrə praktiki təcrübə;
- Təkər, disk, asqı və sükan sistemləri üzrə texniki bilik;
- Müasir 3D razval avadanlıqlarından istifadə bacarığı;
- Təkər aşınmalarını düzgün qiymətləndirmək bacarığı;
- Avtomobilin texniki göstəricilərinə uyğun tənzimləmə aparmaq bacarığı;
- Elektrik və Plug-in Hibrid avtomobillərinin texniki xüsusiyyətləri barədə ümumi bilik;
- Dəqiq, məsuliyyətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
- BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
- Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
- Müasir 3D razval-balans avadanlıqları ilə işləmək təcrübəsi.
İş şəraiti
- İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
- İş rejimi: 6 günlük iş qrafiki
- İstirahət günü: Bazar günü
- Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Təkər düzlüyü və balanslaşdırma üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.