Skip to content
GoJob

Vergi üzrə aparıcı mütəxəssis

ATS FoodTax specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Volunteer
Posted
November 2, 2026
Apply before
December 2, 2026

Accounting & Audit jobs in Baku

About this job

ATS Food is hiring a tax specialist in Baku. Volunteer. Apply directly to the employer.

İş yeri: Sumqayıt şəhəri

Şirkətimizin maliyyə komandasına vergi uçotunun düzgün təşkili, vergi öhdəliklərinin vaxtında və dəqiq yerinə yetirilməsi, mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması və vergi risklərinin effektiv idarə edilməsini təmin edəcək Vergi üzrə aparıcı mütəxəssis axtarırıq.

Vəzifə öhdəliyi: 

  • Şirkətin mühasibat və vergi uçotunun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun təşkil və idarə edilməsi;
  • Vergi öhdəliklərinin düzgün hesablanmasına, uçotuna və vaxtında icrasına nəzarət;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər müvafiq vergilər üzrə hesablamaların və hesabatların hazırlanması;
  • ƏDV uçotunun düzgün aparılması, əvəzləşdirilən ƏDV məbləğlərinin əsaslılığının yoxlanılması və ƏDV bəyannaməsinin hazırlanması;
  • Elektron qaimə-fakturaların, vergi sənədlərinin və digər elektron sənədlərin düzgün və vaxtında hazırlanmasına, göndərilməsinə və zəruri düzəlişlərin edilməsinə nəzarət;
  • Satışlar, satışdan qaytarışlar, alışlar, xidmətlər və digər əməliyyatların vergi və mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Vergi və mühasibat uçotu arasında yaranan fərqlərin müəyyən edilməsi, təhlili və düzgün uçotunun təmin edilməsi;
  • Vergilər üzrə dövlət büdcəsi ilə hesablaşmaların mütəmadi üzləşdirilməsi və müvafiq hesabların nəzarətdə saxlanılması;
  • Vergi, statistika və digər dövlət qurumlarına təqdim edilən hesabatların düzgün və vaxtında hazırlanmasının təmin edilməsi;
  • Vergi orqanlarından daxil olan məktub, bildiriş və sorğuların təhlili, cavablandırılması və zəruri sənədlərin hazırlanması;
  • Vergi orqanları ilə keçirilən görüş və müzakirələrdə şirkətin maraqlarının peşəkar şəkildə təmsil edilməsi;
  • Vergi yoxlamaları və kameral uyğunsuzluqlar zamanı tələb olunan məlumat və sənədlərin hazırlanması, prosesin koordinasiyası;
  • Vergi qanunvericiliyində baş verən dəyişikliklərin davamlı izlənilməsi, onların şirkətin fəaliyyətinə təsirinin qiymətləndirilməsi və zəruri tədbirlərin həyata keçirilməsi;
  • Mövcud əməliyyatların vergi risklərinin müəyyən edilməsi və risklərin minimuma endirilməsi üzrə rəhbərliyə təkliflərin təqdim edilməsi;
  • Müqavilələrin və yeni biznes əməliyyatlarının vergi aspektindən qiymətləndirilməsi və zəruri rəylərin verilməsi;
  • Satış, satınalma və digər biznes proseslərinin vergi və uçot baxımından düzgün qurulması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Rəhbərlik üçün vergi öhdəlikləri, mövcud vergi riskləri və digər əhəmiyyətli məsələlər üzrə mütəmadi məlumat və hesabatların hazırlanması.

Namizədə tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Vergi üzrə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi haqqında dərin praktiki biliklər;
  • Vergi yoxlamaları və vergi risklərinin idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
  • İstehsal və/və ya FMCG sektorunda iş təcrübəsi üstünlükdür;
  • Mühasibat və ERP proqramları ilə işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
  • Böyük həcmli məlumatları təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və nəticə çıxarmaq bacarığı;
  • Yüksək məsuliyyət, dəqiqlik, analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komanda daxilində və digər struktur bölmələri ilə effektiv əməkdaşlıq etmək bacarığı.

İş qrafiki:

  • 5 günlük qrafik  
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur.

Üstünlüklərimiz: 

  • Nahar 
  • Servis 
  • Könüllü tibbi sığorta
  • Telefon danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Vergi üzrə aparıcı mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at ATS Food

Jobs at ATS Food