Vergi üzrə mütəxəssis
BUKHALTERNATİVETax specialist job in Baku
Salary: 1,000 – 1,500 ₼ / month
- Location
- Bakı, Nərimanov
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- September 9, 2026
- Apply before
- October 14, 2026
- Category
- Finance & Banking
About this job
BUKHALTERNATİVE is hiring a tax specialist in Baku (Narimanov district). Full-time, salary 1,000–1,500 AZN. Apply directly to the employer.
Şirkət haqqında: 2016-cı ildən fəaliyyət göstərən Bukhalternative MMC mühasibatlıq, vergi və maliyyə məsləhəti sahəsində ixtisaslaşmış peşəkar konsalting şirkətidir. Müştərilərimizə göstərilən xidmətlərin dəqiqliyini və yüksək keyfiyyətini təmin etmək məqsədilə komandamıza məsuliyyətli və təcrübəli "Vergi üzrə mütəxəssis" axtarırıq.
İş öhdəlikləri:
- Maliyyə hesabatlarının (Balans, Gəlir və xərclər, Pul axını / Cash Flow və s.) hazırlanması, təhlili və dəqiqliyinin təmin edilməsi;
- Vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Gəlir vergisi, Sosial sığorta/DSMF və s.) dəqiq hazırlanması və müvafiq dövlət orqanlarına vaxtında təqdim edilməsi;
- Kameral vergi yoxlamalarını həyata keçirmək, bəyannamələrin düzgünlüyünü yoxlamaq, xətaları müəyyən edərək düzəlişlər etmək və dövlət orqanları ilə müvafiq yazışmaları icra etmək;
- Vergi yoxlamaları üçün tələb olunan maliyyə və mühasibat məlumatlarını hazırlamaq;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının rəhbərliyə vaxtında təqdim olunması;
- Mal qalığına müntəzəm nəzarət etmək;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələri yerinə yetirmək.
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
- Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları.
İş şəraiti:
- İş rejimi: 5 günlük (09:00 - 18:00);
- Ünvan: Bakı şəhəri, 28 May (Kövkəb Səfərəliyeva küç.);
- Əməkhaqqı: Rəqabətədavamlıdır (müsahibə zamanı müzakirə olunacaq).
Təklif edirik:
- Müxtəlif sahələr üzrə praktiki təcrübə;
- Stabil və uzunmüddətli əməkdaşlıq;
- Peşəkar inkişaf və təlim imkanları;
- Korporativ iş mühiti və dəstəkləyici komanda.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.