Fotoqraf / Videoqraf (Event & Teambuilding)
Booo.azVideographer job in Baku
Salary: from 800 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 7, 2026
- Apply before
- November 6, 2026
- Category
- Design & Creative
About this job
Booo.az is hiring a videographer in Baku. Full-time, salary 800 AZN. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- Bakı və regionlarda keçirilən teambuilding və korporativ tədbirlərin foto və video çəkilişini həyata keçirmək
- Tədbirin əsas anlarını, oyunları, emosiyaları və komanda ruhunu foto və video vasitəsilə düzgün və kreativ şəkildə əks etdirmək
- Çəkilmiş fotolar üzərində ilkin və orta səviyyəli post-production / edit işlərinin aparılması (rəng korreksiyası, işıq balansı, kadr seçimi və s.)
- Tədbirlərdən hazırlanacaq qısa video kontentlərin montajını həyata keçirmək
- Reels, Stories və sosial media üçün dinamik video materiallar hazırlamaq
- Foto və video materialların vaxtında təhvil verilməsi və sistemli şəkildə arxivləşdirilməsi
- Event menecer və SMM komandası ilə koordinasiyalı və effektiv əməkdaşlıq
Tələblər:
- Foto və video çəkilişi sahəsində minimum 1 il iş təcrübəsi
- Kamera və əsas foto/video çəkiliş avadanlıqları ilə işləmə bacarığı
- Foto və video redaktə proqramları ilə işləmə bacarığı(Adobe Lightroom, Photoshop, Premiere Pro, CapCut və oxşar proqramlar)
- Video montaj və post-production bacarığı
- Sosial media üçün kreativ və dinamik video kontent hazırlamaq bacarığı
- Komanda ilə işləmə və dinamik iş mühitinə sürətli adaptasiya qabiliyyəti
- Region tədbirlərində iştirak etməyə və tədbir günlərində gec saatlara qədər işləməyə hazır olmaq
- Kreativ baxış, detallara diqqət və məsuliyyətli yanaşma
- Portfolio təqdim etmək
İş qrafiki:
- Həftənin 2 iş günü ofisdə standart iş rejimi
- Tədbir günlərində isə ofis günlərindən əlavə olaraq, tədbirlərin keçirildiyi məkanlarda iş prosesi
- İş saatları: 10:00 – 18:00
Əlavə üstünlüklər:
- Korporativ kompüter təminatı
- Tədbir günlərində nəqliyyat və qidalanma xərclərinin qarşılanması
- Davamlı layihələrdə və müxtəlif miqyaslı eventlərdə iştirak imkanı
- Kreativ və dinamik iş mühiti
Əmək haqqı: 800 – 1000 AZN (namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir)
Maraqlanan namizədlər CV və portfolyolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən, mövzu (subject) hissəsində müraciət etdikləri vakansiyanın adını — “Fotoqraf / Videograf (Event & Teambuilding)” qeyd etmələri xahiş olunur.