Texniki işçi (gecə növbəsi)
Baku Hotel CompanyCleaner job in Baku
Salary: from 600 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Volunteer
- Posted
- October 20, 2026
- Apply before
- November 19, 2026
- Category
- Construction & Real Estate
About this job
Baku Hotel Company is hiring a cleaner in Baku. Volunteer, salary 600 AZN. Apply directly to the employer.
İşəgötürən: "Baku Hotel Company" QSC
Struktur bölmə: İdman şöbəsi/Əməliyyat bölməsi
İş haqda məlumat:
- İş rejimi: Gecə növbəsi, həftədə 5 iş günü;
- İstirahət günləri: Həftədə 2 gün, dəyişkən qrafik əsasında;
- İş saatları: 22:00–07:00
- Əmək haqqı: 600 AZN (net) + gecə növbəsinə görə əlavə ödəniş.
- Qidalanma: Şirkət tərəfindən təmin edilir;
- Tibbi sığorta: Könüllü tibbi sığorta ilə təminat;
Vəzifə tələbləri:
- Cins: Kişi namizədlərə üstünlük verilir;
- Yaş: 20–40 yaş;
- Dil bilikləri: Azərbaycan dili;
- İş təcrübəsi: Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi arzuolunandır;
- Təmizlik avadanlıqları və vasitələrindən düzgün istifadə qaydalarını bilmək;
- Təmizlik məhsullarını tanımaq və onların təyinatına uyğun tətbiqini bilmək;
- Sanitariya-gigiyena və təhlükəsizlik qaydaları haqqında ilkin biliklərə malik olmaq;
- Məsuliyyətli, intizamlı, səliqəli və komandada işləmək bacarığına malik olmaq;
- Gecə növbəsində işləməyə hazır olmaq.
Vəzifə öhdəlikləri:
- "Gecə növbəsi ərzində klubun ümumi istifadə sahələrinin təmizliyini və səliqəsini təmin etmək;
- Klubun zal, dəhliz, soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və digər ümumi istifadə sahələrində gündəlik təmizlik işlərini həyata keçirmək;
- Təmizlik avadanlıqlarından və kimyəvi təmizləyici vasitələrdən təyinatına və istifadə qaydalarına uyğun istifadə etmək;
- Tullantıların toplanmasını, çeşidlənməsini və müəyyən edilmiş qaydada kənarlaşdırılmasını təmin etmək;
- Təmizlik işləri zamanı sanitariya-gigiyena və əməyin mühafizəsi qaydalarına riayət etmək;
- Təmizlik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- Klubun bütün müvafiq sahələrini növbəti iş gününə təmiz, səliqəli və istifadəyə hazır vəziyyətə gətirmək;
- Birbaşa rəhbərin təmizlik və sanitariya ilə bağlı digər tapşırıqlarını yerinə yetirmək.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "İdman şöbəsi/Əməliyyat bölməsi" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.