Xaricdə təhsil üzrə mütəxəssis
Bafco İnvest MMCStudy abroad consultant job in Aghdam
Salary: No salary given
About this job
Bafco İnvest MMC is hiring a study abroad consultant in Aghdam. Full-time. Apply directly to the employer.
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Vəzifənin məqsədi
- Məktəblilərə, tələbələrə və böyüklərə xaricdə təhsil proqramı seçimində dəstək olacaq mütəxəssis axtarırıq. Proqramlara universitet təhsili, yay məktəbləri və dil kursları daxildir
Əsas vəzifə öhdəlikləri
- Müştərilərə və valideynlərə xarici universitetlər, yay məktəbləri, dil kursları və qəbul şərtləri barədə məlumat vermək.
- Müştərinin yaşına, dil səviyyəsinə, məqsədlərinə, büdcəsinə və istədiyi təhsil tarixlərinə uyğun proqramlar seçmək.
- Sənədlərin hazırlanmasına və müraciətlərin göndərilməsinə kömək etmək, son müraciət tarixlərini izləmək.
- Universitetlər, dil məktəbləri və yay proqramlarının təşkilatçıları ilə ingilis dilində yazışmaq.
- İlk konsultasiyadan qəbul və ya iştirak təsdiqi alınanadək müştəriyə dəstək göstərmək.
Namizədə olan tələblər
- Ali təhsil arzuolunandır.
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı.
- İşgüzar yazışma aparmaq üçün kifayət qədər ingilis dili biliyi.
- Sənədlərlə diqqətli işləmək, son tarixlərə riayət etmək və qəbul şərtlərini aydın izah etmək bacarığı.
- Xaricdə təhsil və ya müştərilərə məsləhət xidməti sahəsində təcrübə üstünlükdür.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Xaricdə təhsil üzrə mütəxəssis” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvana göndərə bilərlər.