Yükləyici-qəbuledici
Carlsberg AzerbaijanYükləyici-qəbuledici job in Khirdalan
Salary: No salary given
- Location
- Xırdalan, Abşeron
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 26, 2026
- Apply before
- November 25, 2026
About this job
Carlsberg Azerbaijan is hiring for the role “Yükləyici-qəbuledici” in Khirdalan. Full-time. Apply directly to the employer.
Vakansiya haqqında:
- Carlsberg Azerbaijan komandasına qoşulmaq üçün məhsulların düzgün qəbulu, yerləşdirilməsi və göndərilməsini təmin etmək üçün komandamıza məsuliyyətli və diqqətli əməkdaş axtarırıq.
İş şərtləri:
- İş yeri: Xırdalan, Carlsberg Azerbaijan zavodu
- Şöbə: Anbar və daxili logistika
- İş qrafiki: Növbəli
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan və göndərilən məhsulların miqdarını və çeşidini qaimə və digər müşayiətedici sənədlərlə tutuşdurmaq.
- Məhsulları saymaq, qablaşdırmanın bütövlüyünü yoxlamaq, zədə, qüsur və çatışmazlıqları qeydə alaraq aidiyyəti üzrə məlumat vermək.
- Yüklərin əl ilə və müvafiq anbar avadanlıqlarından istifadə etməklə yüklənməsini, boşaldılmasını və anbar daxilində daşınmasını həyata keçirmək.
- Məhsulları növünə və saxlama şərtlərinə uyğun çeşidləmək, rəflərdə və paletlərdə təhlükəsiz yerləşdirmək.
- Sifarişləri sənədlərdə göstərilən miqdar və çeşidə uyğun komplektləşdirmək, məhsulların keyfiyyət və yararlılıq müddəti tələblərinə riayət etmək.
- Paletləmə, etiketləmə, barkodların yapışdırılması və təkrar qablaşdırma işlərini yerinə yetirmək.
- Yüklərin daşınma zamanı zədələnməməsi üçün nəqliyyat vasitələrində təhlükəsiz yerləşdirilməsini təmin etmək.
- Anbar sayımlarında iştirak etmək, məhsulların və avadanlıqların qorunmasını təmin etmək.
- İş yerini təmiz və səliqəli saxlamaq, tullantıları çeşidləmək, 5S, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək
Namizədlərə dair tələblər:
- Orta və ya orta ixtisas təhsili;
- Anbar və ya yükləmə-boşaltma işləri üzrə ən azı 1 il təcrübə;
- Malların qəbulu, yerləşdirilməsi və göndərilməsi prosesləri haqqında biliklər;
- Rus dili biliyi üstünlükdür;
- Fiziki iş və növbəli iş rejimində işləməyə hazır olmaq;
- Diqqətlilik, məsuliyyət və intizam;
- Anbar idarəetmə sistemi, WMS ilə işləmək bacarığı üstünlükdür;
- Növbəli iş qrafikində işləməyə hazırlıq.
Əlavə şərtlər:
- Nahar təminatı
- 4 istiqamət üzrə transfer (səhər və axşam)
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda məsuliyyətli vakansiyaya müraciət etmək istəyirsinizsə, zəhmət olmasa CV-nizi link vasitəsilə göndərin:
- https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
- https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Yalnız vakansiya tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.