1C proqramçısı
ABV1C proqramçısı — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 6 ноября 2026 г.
- Приём заявок до
- 6 декабря 2026 г.
- Категория
- Информационные технологии
Вакансии в категории «Информационные технологии» в городе Баку
О вакансии
ABV ищет сотрудника на должность «1C proqramçısı» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
ABV şirkəti komandamıza qoşulacaq, 1C sisteminin idarə olunması, təkmilləşdirilməsi və texniki dəstəyi üzrə bilik və təcrübəyə malik 1C proqramçısı axtarır.
Vəzifə öhdəlikləri:
- 1C proqram təminatının hazırlanması, təkmilləşdirilməsi və optimallaşdırılması;
- Mövcud 1C sistemində dəyişikliklərin və yeni funksionallıqların tətbiqi;
- İstifadəçilərdən daxil olan texniki sorğuların araşdırılması və həll edilməsi;
- 1C sistemində yaranan texniki problemlərin müəyyən edilməsi və aradan qaldırılması;
- Digər proqram təminatları və sistemlərlə inteqrasiyanın həyata keçirilməsi;
- Hesabatların, sorğuların və emal mexanizmlərinin hazırlanması;
- Sistemin fasiləsiz və effektiv fəaliyyətinin təmin edilməsi;
- Mövcud sistemin kodunun təhlili və texniki sənədləşdirmənin aparılması.
Namizədə tələblər:
- Ali təhsil (İT və ya müvafiq texniki sahə üzrə olması üstünlükdür);
- 1C proqramlaşdırılması üzrə minimum 5-7 il iş təcrübəsi;
- 1C platforması üzrə praktiki biliklər;
- 1C daxili proqramlaşdırma dili və sorğularla işləmək bacarığı;
- SQL və verilənlər bazası ilə işləmək bilikləri;
- İnteqrasiya mexanizmləri və API ilə işləmək bacarığı üstünlükdür;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: Tam iş günü;
- İş formatı: Ofisdən;
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “1C Proqramçısı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.